Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6890

Digər sorğular

İmişlidə Səyyar “ASAN Xidmət“dən 8 rayonun sakinləri yararlanıb- VİDEO

03:00  |    01 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Avqust ayının 25-dən Səyyar "ASAN Xidmət" İmişlidə xidmətlərin vətəndaşlar üçün əlçatanlığın təmin edib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli ilə yanaşı, ətraf 8 rayonun sakinləri də bu xidmətlərdən sentyabrın 8-nə kimi yararlana biləcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Səyyar "ASAN Xidmət"də notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi kimi xidmətlərdən vətəndaşlar yararlana bilər.

Qeyd edək ki, iki gün ərzində Səyyar "ASAN Xidmət"ə 400-dən çox vətəndaş müraciət edib.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.05.2020
İyunda hava necə olacaq?
31.05.2020
Azərbaycanda indiyədək 5494 nəfər koronavirusa yoluxub, 63 nəfər vəfat edib
31.05.2020
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 248 yeni yoluxma - RƏSMİ
31.05.2020
1 İyun Uşaqlar Gününə olan HAVA PROQNOZU
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olunub