Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6702

Digər sorğular

İraq ordusundan İŞİD-ə qarşı uğurlu əməliyyat

14:30  |    26 Avqust 2015  |   E-mail  |  Çapa göndər

İraq ordusu könüllülərin köməkliyi ilə Əl-Anbar vilayətində Cbar strateji rayonu İŞİD terror qruplaşmasından azad edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ərəb dilində yayımlayan Amerikanın “Sava” radiostansiyası məlumat yayıb.

“Birləşmiş qüvvələr Hit dairəsində Cbat rayonunu azad etməyə müvəffəq olub”, deyə könüllülər dəstəsinin komandirlərindən biri radioya bildirib.

Qeyd edilən rayonda “Əyn Əl Əsəd” hərbi-hava bazası yerləşir. Bu bazada amerikalı təlimatçılar iraqlı hərbçilərə və könüllülərə hərbi təlim keçir. Anbar əyalətinin qərb hissəsində keçirilən əməliyyatlar Məhz aviabazasından idarə olunur.

İraq ordusu bundan əvvəl iyunun sonunda Cbat rayonunu nəzarətə almışdı, lakin terrorçular qısa müddətdən sonra rayonu yenidən zəbt etmişdi.

Qeyd edək ki, Əl Anbar əyalətinin ən iri Əl Faluca və Ər Rəmadi şəhərləri daxil olmaqla 3/2 hissəsi 2014-cü ilin əvvəlindən İŞİD silahlıların nəzarətindədir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
Lavrov: "Rusiya İdlibdə Suriya ordusunu dəstəkləyir"
19.02.2020
Türkiyə Liviyaya muzdlu döyüşçülər göndərib - Liviyalı nazirdən gülünc iddia
19.02.2020
İranda 2 nəfər koronavirusdan öldü
19.02.2020
Türkiyə Prezidenti: “Bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir”
19.02.2020
ABŞ-da çoxarvadlılığa icazə veriləcək...- GÖZLƏNİLMƏZ