Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

Öcalan partiyasından imtina etdi

23:00  |    25 Avqust 2015  |   E-mail  |  Çapa göndər

PKK lideri Abdullah Öcalan kürd məsələsinin həlli layihəsini uğurla davam etdirməyi bacarmayan Xalqların Demokratik Partiyasının (HDP) liderləri ilə görüşdən imtina edib.

ANS PRESS-in məlumatına görə, o, HDP təmsilçilərinə ismarış göndərərək, kefini soruşmaq üçün saxlandığı İmralı adasına yanına gəlməyə heç bir ehtiyacın olmadığını bildirib.

Türkiyə mətbuatı yazır ki, PKK lideri bununla da son günlərdə terror hücumlarının fəallaşdırmasının əsas günahını HDP-də gördüyünü bəyan edib. Fəallaşan terror Türkiyə hakimiyyəti ilə seperatçı terror təşkilatı PKK arasında barışıq danışıqlarını sona gətirib.
Abdulla Öcalan 4 aprel 1949-cu ildə Şanlıurfa ilinin Halfeti ilçəsinin Ömərli kəndində anadan olub. Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili alıb. O, 1970-ci ildə İstanbulda DDKO (Devrimci Doğu Kültür Ocakları) adlı marksist-leninçi təşkilatda siyasi fəaliyyətə başlayıb. 1972-ci ll tutulub və 7 ay həbsdə qalıb.

1978-ci ildə 19 nəfər ilə birlikdə Kürdüstan Fəhlə Partiyasını (PKK) yaradıb. Ölkədən xaricə qaçan Öcalanın rəhbərlik etdiyi təşkilat Türkiyəyə qarşı terror hücumlarına başlayıb. 1999-cu ildə Türkiyə təhlükəsizlik gücləri tərəfindən tutulan Öcalan Türkiyəyə gətirilib.

Hazırda İmralı adasında həbsdə olan Öcalan terror fəaliyyətindən əl götürməyi və Ankara ilə danışıqlar aparmağı dəstəkləyir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
21.11.2019
Türk qoşunları Suriyada irəliləməyə davam edir
21.11.2019
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yaşar Büyükanıt vəfat edib
21.11.2019
Çavuşoğlu-Pompeo görüşü ilə bağlı ilk açıqlamalar
20.11.2019
Hitlerin xanımının əşyaları hərracda - Yəhudilər etiraz etdi