Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

İki Koreya razılığa gəldi

16:00  |    25 Avqust 2015  |   E-mail  |  Çapa göndər

Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında gərginliyin azaldılmasına dair razılıq əldə olunub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbər görə, bu barədə “Renhap” agentliyi məlumat yayıb.

Məlumata görə, razılaşmaya əsasən, Cənubi Koreya demilitarizasiya zonası boyu səsgücləndiricilər vasitəsilə təbliğat materiallarının yayımını avqustun 26-dan dayandırılmasına razılıq verib, KXDR isə Cənubi Koreyanın iki hərbçisinin minaya düşərək ölməsinə təəssüf etdiyini bildirib.

KXDR və Cənubi Koreya həmçinin qohumluq əlaqələri olan vətəndaşların mübadiləsinə dair razılığa gəliblər.

Altı bənddən ibarət bəyanat böhranın nizamlanmasına dair bir sıra tədbirlərin görünməsini nəzərdə tutur.

Tərəflər həmçinin tezliklə Seulda və ya Pxenyanda hökumətlərarası danışıqların aparılmasına dair razılığa gəliblər.



Məlumata görə, danışıqlarda KXDR və Cənubi Koreya liderləri arasında ən yüksək səviyyədə görüşün təşkil edilməsi məsələsi müzakirə edilməyib.

Qeyd edək ki, tərəflər arasında danışıqlar demilitarizasiya zonasında cümə günü başlayıb və, demək olar ki, fasiləsiz qapalı şəraitdə davam etdirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Hitlerin xanımının əşyaları hərracda - Yəhudilər etiraz etdi
20.11.2019
Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək
20.11.2019
“Amnesty International”: İranda 106 nəfər etirazçı öldürülüb
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq