Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

“Moskva Bankı“ Telman İsmayılovdan 213 mln dollar tələb edir

14:00  |    25 Avqust 2015  |   E-mail  |  Çapa göndər

Moskva Arbitraj Məhkəməsi Moskva Bankının Azərbaycan əsilli sahibkar Telman İsmayılovun sahibi olduğu “AST” şirkətlər qrupuna daxil olan “KBF AST” MMC-dən 213 mln dolların tutulmasına dair iddiasına oktyabrın 6-da baxılmasına qərar verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iddia ərizəsi Arbitraj məhkəməsinə iyulun 14-də daxil olub, iddianın verilməsinin səbəbləri açıqlanmır. İşə üçüncü şəxs qismində Virgin adalarında qeydiyyatdan keçmiş ofşora məxsus “Ruslayn 2000” MMC cəlb edilib. Bu şirkətin əsas fəaliyyəti daşınmaz əmlakın idarə olunmasıdır.

Məhkəmə hazırlıq iclasında iddiaçı tələblərini təsdiqləyib, qarşı tərəf isə iddianı qəbul etməyib. Tərəflər işin məhkəmədə baxılması üçün mahiyyəti üzrə hazırlandığını etiraf ediblər.

Moskva Bankı həmçinin qarşı tərəfin əmlakına həbs qoyulması ilə bağlı ərizə ilə müraciət edib, lakin məhkəmə iddiaçının xahişini əsassız hesab edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Hitlerin xanımının əşyaları hərracda - Yəhudilər etiraz etdi
20.11.2019
Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək
20.11.2019
“Amnesty International”: İranda 106 nəfər etirazçı öldürülüb
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq