Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Tamamilə iflasa uğrayan Ermənistanda sosial-iqtisadi problemlər getdikcə artır

20:08  |    20 Avqust 2015  |   E-mail  |  Çapa göndər


Tamamilə iflasa uğrayan Ermənistanda sosial-iqtisadi problemlər getdikcə artır. Yaranmış vəziyyətdən çıxış yolu tapa bilməyən ermənilər ölkəni sürətlə tərk edirlər.


Son aylarda Ermənistanda baş verən hadisələr əhalinin işğalçı ölkəni tərk etməsini bir qədər də sürətləndirib. Ermənistan Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci ilin əvvəlindən ölkəni 12 min nəfər tərk edib. Erməni mətbuatı isə bu rəqəmin ən azı 3 dəfə çox olduğunu bildirir. Ermənistanda sosial problemlər səbəbindən intihar hallarının da sayı artıb. İntihar edənlər arasında sahibkarlar da var. Ermənistanda mağazalar şəbəkəsinin sahibi Qevork Mkrtçyan özünü güllələyərək intihar edib. Buna səbəb onun həm öz ölkəsində, həm də xaricdə yığılıb qalan borcları olub. Ermənistan özü də borc içərisində boğulur. İşğalçı ölkənin yerli və xarici borcları 5 milyard dollara çatıb.

Bütün bunların fonunda Ermənistanda sosial-iqtisadi böhran getdikcə dərinləşir. Ölkə əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır. Burada orta aylıq əməkhaqqı çox aşağı səviyyədədir. Əvvəllər Ermənistanın mövcudluğu xarici yardımlardan asılı idisə, son dövrlər ölkə bundan da məhrum edilib. Analitiklər Ermənistanın ağır vəziyyətə düşməsində indiki hakimiyyəti günahlandırırlar. Məhz onların səriştəsiz siyasəti nəticəsində ölkənin uçuruma sürükləndiyi iddia olunur.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
İranda koronavirusdan ölənlərin sayı artdı
24.02.2020
Ərdoğan sabah Azərbaycana gəlir
24.02.2020
Çindən yeni qərar — Artıq bunları yeməyəcəklər
24.02.2020
ÜST-dən qorxulu xəbər: Koronavirus pandemiyaya çevrilə bilər
24.02.2020
Nikol Paşinyan məhkəməyə verildi