Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

İnternetdə qeyri-qanuni ticarətdən gündəlik gəlir 300-500 min dollara çatır

19:53  |    20 Avqust 2015  |   E-mail  |  Çapa göndər


İnternetdə qeyri-qanuni ticarətdən gündəlik dövriyyə 500 min dollaradək təşkil edir.


Bu barədə Karnegi-Mellon Universitetinin elmi əməkdaşı Nikolas Kristin və aspirant Kayl Soska öz məqaləsində yazıb. “Anonim internet mağazaları sistemlərinin çoxillik inkişafının ölçülməsi” (Measuring the Longitudinal Evolution of the Online Anonymous Marketplace Ecosystem) adlı hesabatı tədqiqatçılar “USENIX” Assosiasiyasının 24-cü simpoziumunda təqdim etmək niyyətindədirlər.

Ekspertlər müxtəlif internet mağazalarını tədqiq edərək onlar haqqında 3,2 tebayt tutumlu məlumat paketi toplayıblar. Tədqiqat zamanı mütəxəssislər müəyyən edib ki, “Silk Road 2”, “Agora”, “Evolution”, “Hydra” və “Pandora” kimi “qara” bazarların gündəlik dövriyyəsi 300-500 min dollar təşkil edir. Qeydə alınan maksimal rəqəm 650 min dollar olub.

Qeyd olunan rəqəmlərə baxmayaraq “qara” bazarın əksər satıcıları istənilən gəliri əldə edə bilməyib. Hesabata əsasən, satıcıların təxminən 70 faizi 1 min dollar məbləğində mal satıb, tədarükçülərin 18 faizinin gəliri 1-10 min dollar arasında dəyişib və satıcıların yalnız 2 faizi 100 min dollardan çox mənfəət əldə etməyə nail olub. İnternet mağazalarının təhlili zamanı müəyyən olunub ki, 35 satıcı 1 milyon dollardan çox gəlir qazanıb, 1 faizi isə tranzaksiyaların ümumi həcminin yarısından çoxunu əldə edə bilib, - "SecurityLab” yazır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
İranda 18 nəfər koronavirusa yoluxub - Ölənlər var
21.02.2020
Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO
21.02.2020
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21.02.2020
Ermənistanı türklərdən biz qoruduq - Jirinovski
21.02.2020
Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı