Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

MDB-nin qərargahında Daimi Nümayəndələr Şurasının növbəti iclası keçirilib

19:22  |    20 Avqust 2015  |   E-mail  |  Çapa göndər


Avqustun 19-da Belarus paytaxtında Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin MDB-nin nizamnamə orqanları və digər qurumları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının növbəti iclası keçirilib. Bu barədə AZƏRTAC-a təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.



MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iclasda iştirak edib.

Səlahiyyətli Daimi Nümayəndələr Birliyin ali orqanlarının bu il payızda keçiriləcək iclaslarının gündəliklərinin layihələrini tərtib ediblər.

MDB ölkələrinin Dövlət Başçıları Şurasının 2015-ci il oktyabrın 16-da Astanada keçiriləcək iclasında əlamətdar tarixlərə - BMT-nin yaradılmasının 70 illiyinə və Çernobıl AES-də qəzanın 30-cu ildönümünə həsr edilmiş sənədlərin layihələri müzakirə ediləcək. Bundan əlavə, dövlət başçıları miqrasiya sahəsində əməkdaşlıq, cinayətkarlığa qarşı mübarizə, mədəniyyət, fövqəladə vəziyyətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması, sərhədlərin qorunması, habelə hərbi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə dair məsələləri tənzimləyən sənədlər qəbul edəcəklər.

Bu sənədlərin bir qismi MDB Xarici İşlər Nazirləri Şurasının iclasında ilkin müzakirə mərhələsindən keçib. Xarici siyasət idarələrinin rəhbərləri MDB-nin 75 illiyinə, yaxınmüddətli perspektivdə gənclərin beynəlxalq əməkdaşlığının, bədən tərbiyəsi və idmanın inkişafı sahəsində tədbirlərin planlarını, Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının fəaliyyətini, Birliyin iştirakçısı olan dövlətlərin baza təşkilatlarının yaradılması və fəaliyyəti məsələlərini də müzakirə edəcəklər.

MDB Hökumət Başçıları Şurasının bu il oktyabrın 30-da Düşənbədə keçiriləcək iclasının gündəliyinin layihəsinə iqtisadi sahədə qarşılıqlı fəaliyyətin inkişafına aid məsələlər: azad ticarət zonası haqqında müqavilənin reallaşdırılması, iqtisadi sahədə müvafiq orqanların fəaliyyəti, Birliyin iqtisadi inkişaf strategiyasının üçüncü mərhələsinin həyata keçirilməsi ilə bağlı tədbirlər, innovasiyalar sahəsində əməkdaşlıq, əmtəə bazarlarında rəqabət, veteranlara tibbi-sosial yardım məsələləri, habelə maliyyə xarakterli sənədlərin böyük bloku daxil edilib.

Səlahiyyətli Daimi Nümayəndələri Şurasının üzvləri MDB İqtisad Məhkəməsinin fəaliyyəti barədə məlumatı müzakirə ediblər.

Daimi Nümayəndələr Şurasının iclasında bu il oktyabrın 4-də Qırğız Respublikası Joqorku Keneşinə seçkilərdə Birlikdən müşahidəçilər missiyasının rəhbəri kimi MDB İcraiyyə Komitəsinin sədrinin - icraçı katibin birinci müavini Vladimir Qarkunun namizədliyi razılaşdırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək
16.09.2019
Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəb
15.09.2019
Ehud Barak: "Netanyahu yenidən baş nazir seçilsə..."
15.09.2019
İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib