Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Türkiyə Rusiyadan ölkəyə hər çarter reysə görə 6000 dollar ödəyəcək

14:00  |    20 Avqust 2015  |   E-mail  |  Çapa göndər

Türkiyə hökuməti Rusiyadan turist axınının azalmasını dayandırmaq məqsədi ilə Rusiya turizm şirkətlərinin çarter reyslərinin təşkilinə sərf etdikləri xərclərin bir qismini kompensasiya edəcək. APA-nın məlumatına görə, bunu “TASS”a Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina bildirib.

Rusiya Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübünün yekunlarına əsasən, Rusiyadan Türkiyəyə turist axını 30 faiz azalıb.

“Sentyabrın 15-dən noyabrın 30-dək hökumət hər çarter reysə görə Rusiya turoperatorlarına 6 min dollar ödəyəcək”, deyə Tyurina Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin qərarına istinadən bildirib. Onun sözlərinə görə, analoji tədbirlər bu ilin aprel-may aylarında da həyata keçirilib.

Türkiyə hökuməti subsidiyalaşmanı bərpa etməklə Rusiyadan turist axınının azalmasını ilin yekunlarına görə 10 faiz səviyyəsində saxlamaq niyyətindədir. “Hazırda Rusiyadan turist axınının azalması keçən illə müqayisədə orta hesabla 30 faiz təşkil edir. Turist axınının azalmasına dollar və avro məzənnəsinin qalxması və Türkiyənin xarici siyasətində dəyişiklik – İŞİD və PKK –ya qarşı hərbi əməliyyatların başlanması səbəb olub”, deyə Tyurina qeyd edib.

“Daily Sabah” Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikə istinadən bildirir ki, dövlət dəstəyi Rusiya şirkətləri ilə yanaşı MDB və İran turizm şirkətlərinə də göstəriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
İranda koronavirusdan ölənlərin sayı artdı
24.02.2020
Ərdoğan sabah Azərbaycana gəlir
24.02.2020
Çindən yeni qərar — Artıq bunları yeməyəcəklər
24.02.2020
ÜST-dən qorxulu xəbər: Koronavirus pandemiyaya çevrilə bilər
24.02.2020
Nikol Paşinyan məhkəməyə verildi