Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6699

Digər sorğular

65 bal toplayan miqrantlara Rusiyada müvəqqəti yaşamaq hüququ veriləcək

13:30  |    20 Avqust 2015  |   E-mail  |  Çapa göndər

Rusiya Federal Miqrasiya Xidməti (FMX) ölkədə müvəqqəti yaşamaq hüququ əldə etmək niyyətində olan miqrantları 100 ballıq sistem üzrə qiymətləndirməyi təklif edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeni qaydaya əsasən, Rusiyada müvəqqəti yaşamaq hüququna 65 və daha çox bal toplamış miqrantlar iddia edə biləcək.

Təklifə əsasən, əcnəbilərin seçimi aşağıdakı meyarlar əsasında həyata keçiriləcək: yaş, təhsil və alimlik dərəcəsi, əmək stajı, Rusiyada qohumlarının və mülkiyyətində mənzilin olması, habelə, rus dilini bilmə səviyyəsi. Həmçinin, miqrantın Rusiyada işlədiyi müddətin də nəzərə alınacağı gözlənilir.

Məlumata görə, keçid bala nail olmaq üçün əmək qabiliyyətli yaşda olan namizədə orta təhsil, rus dilini baza səviyyəsində bilmək və Rusiyada azı 5 il fəaliyyət kifayətdir.

Bundan əvvəl Rusiya Federal Miqrasiya Xidmətinin 2015-ci ildə 3,4 mln miqrantın rus dili, Rusiyanın tarixi və qanunvericiliyi üzrə bilik səviyyəsini yoxlamaq niyyətində olduğu bildirilmişdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Livanda Süleymaniyə abidə qoyuldu - Foto - Video
17.02.2020
Hərbi təyyarənin raketlə vurulma anı - ANBAAN VİDEO
17.02.2020
Rusiyanın Türkiyədəki səfiri yenə hədələndi, təhlükəsizliyi gücləndirildi
17.02.2020
Avropa Birliyi öz qurduğu tələyə düşdü - Puşkov
16.02.2020
Türk əsgərlərinə ruslar hücum edib? - Sensasion iddia