Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Aİ-nın sərhədlərində 107 min mühacir toplaşıb

16:45  |    19 Avqust 2015  |   E-mail  |  Çapa göndər

Avropa İttifaqına daxil olan ölkələrin sərhədlərində toplaşan mühacirlərin sayı ilk dəfə olaraq 100 mini keçərək, 2015-ci ilin iyulunda 107 min nəfər təşkil edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nın “Frontex” agentliyinin açıqlamasında bildirilir.

Agentliyin məlumatına əsasən, 50 minə yaxın insan Egey dənizinin Yunanıstana məxsus adalarında müvəqqəti olaraq məskunlaşıb. İtaliyaya Eritreya və Nigeriyadan gələn mühacirlərin sayı 20 min nəfər təşkil edir. Macarıstan hökuməti ölkəsinə 35 minə yaxın mühacirin gəldiyini bildirib.

Ümumilikdə, 2015-ci ildə Avropa İttifaqının sərhədlərinə gələn mühacirlərin sayı 340 min nəfərdir. Qeyd olunur ki, 2014-cü ildə mühacirlərin sayı 280 min təşkil edib.

Frontex-in hesablamalarına görə, qanunsuz mühacirlərin əksəriyyəti Suriya və Əfqanıstan vətəndaşlarıdır. Onların Yunanıstana Türkiyədən keçərək gəldiyi bildirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili
17.09.2019
Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA
17.09.2019
İran necə cəzalandırılacaq? – ABŞ-ın ssenarisi
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək