Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6702

Digər sorğular

Yaponiyada selfi çubuqlarını qadağan edirlər

15:38  |    19 Avqust 2015  |   E-mail  |  Çapa göndər

Yaponiyada ictimai yerlərdə selfi çubuqlarının istifadəsinə qadağalar tətbiq olunmağa başlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl müvafiq məhdudiyyətləri Mie prefekturasındakı "Nagashima Spa Land" əyləncə parkı tətbiq edib. Hazırda insanlar selfi üçün çubuqlarla hovuz və attraksiona buraxılmır.

İyun ayında bu cür qadağalar Ayti prefekturasındakı İnuyama şəhərində meymunlar parkında tətbiq olunub, çünki onun ərazisi elektrik hasarla əhatə olunub, həm də bu cür qurğuları meymunlar diqqətsiz turistlərin əlindən asanlıqla ala bilər.

Məhdudiyyətlər tədricən dəmir yolunda da qoyulmağa başlayıb. "JR Tokai" şirkətinin əməkdaşları stansiyalarda yüksək gərginlikli xətlərin yaxın olması ilə bağlı selfi çubuqlarından istifadənin təhlükəli olması haqqında xəbərdarlıq edir. Bundan başqa, bir çoxları sürətli ekspresslərlə şəkil çəkdirməyə can atır və bunun üçün platformanın kənarına dayanır.

İyul ayından ABŞ-ın "Walt Disney" şirkəti də öz attraksionlarında selfi çubuqlarının istifadəsinə qadağa qoyub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
Lavrov: "Rusiya İdlibdə Suriya ordusunu dəstəkləyir"
19.02.2020
Türkiyə Liviyaya muzdlu döyüşçülər göndərib - Liviyalı nazirdən gülünc iddia
19.02.2020
İranda 2 nəfər koronavirusdan öldü
19.02.2020
Türkiyə Prezidenti: “Bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir”
19.02.2020
ABŞ-da çoxarvadlılığa icazə veriləcək...- GÖZLƏNİLMƏZ