Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

ABŞ-dan Gürcüstana 20 MİLYON DOLLARLIQ hərbi yardım

15:30  |    19 Avqust 2015  |   E-mail  |  Çapa göndər

ABŞ 2015-ci ildə Gürcüstana əlavə olaraq 20 milyon dollar həcmində hərbi yardım edəcək.

APA-nın “Qruziya-onlayn” saytına istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

Avqustun 18-də ABŞ-ın müdafiə naziri Eşton Karter gürcüstanlı həmkarı Tina Xidaşeli ilə görüşüb.

“Eşton Karter bildirib ki, ikitərəfli və çoxtərəfli təlimlər və treninqlər daxil olmaqla, ABŞ Gürcüstanla hərbi sahədə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir. Həmçinin nazir Gürcüstan-NATO komissiyası formatında da münasibətlərin inkişaf edəcəyini təsdiqləyib”, deyə P.Kuk bildirib.

Qeyd edək ki, bu, T.Xidaşelinin müdafiə naziri təyin edildikdən sonra amerikalı həmkarı ilə keçirdiyi ilk görüş olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili
17.09.2019
Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA
17.09.2019
İran necə cəzalandırılacaq? – ABŞ-ın ssenarisi
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO