Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6668

Digər sorğular

Braziliyada gənc güləşçilərin Dünya Çempionatı başlayır

22:52  |    10 Avqust 2015  |   E-mail  |  Çapa göndər


Avqustun 11-16-da Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya Çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən xəbərə görə, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək.



Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edəcək.

Gənc qızların yarışında böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edəcək. Qızlarımız avqustun 13-14-də mübarizə aparacaq.

Çempionatın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcək. Heyətdə Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) yer alıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Judo Club 2012”: karateçilər də ilə uğurla başladılar
21.01.2020
Sabiq komandirin nəvəsi çempion oldu
18.01.2020
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
18.01.2020
Rusiyalı idmançı millimizdən qovuldu
14.01.2020
Konor yenə "qaşınır": "Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”