Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Hiroşimada atom bombardmanı qurbanlarının xatirəsini anım mərasimi keçirilib

16:07  |    06 Avqust 2015  |   E-mail  |  Çapa göndər


Avqustun 6-da Yaponiyanın Hiroşima şəhərində atom borbadmanı qurbanlarının xatirəsini anım mərasimi keçirilib. Düz 70 il bundan əvvəl ABŞ-ın B-29 Enola Gay bombardmançı təyyarəsi bu şəhərə “Balaca” adlı atom bombasını atıb. Partlayış nəticəsində təqribən 140 min nəfər həlak olub.


Xatirə mərasimi Sülh parkında yerli vaxtla saat 8:15-də - Hiroşima şəhəri üzərində 600 metr hündürlükdə atom bombasının partladığı an bir dəqiqəlik sükutla başlayıb. Sükut dəqiqəsi başlamazdan əvvəl Baş nazir Şinzo Abe, Hiroşima şəhərinin meri Kazumi Matsui və digər rəsmi qonaqlar Sülh parkının mərkəzindəki abidə önünə əklillər qoyublar.

Bütün dünyada nüvə silahının ləğvi günü kimi qeyd edilən “Hiroşima Günü” tədbirlərində Yaponiyanın Baş naziri Şinzo Abe, BMT-nin baş katibinin tərksilah üzrə ali nümayəndəsi Kim Von Su, ABŞ-ın dövlət katibinin müavini Rouz Qottemüller, Azərbaycanın və digər dövlətlərin bu ölkədəki səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hiroşimanın meri Kazumi Matsui öz bəyanatında beynəlxalq ictimaiyyəti nüvə silahından tamamilə imtina etməyə çağırıb. Mer deyib: “Nə qədər ki, nüvə silahı var, onun qurbanının kim olacağını demək çətindir. Bizim səsimizi eşidin və bu barədə ciddi düşünün”.

ABŞ Prezidentini Hiroşima şəhərini ziyarət etməyə dəvət edən Kazumi Matsui deyib: “ Hiroşimaya gəlin və faciənin canlı şahidlərini dinləyin”. Hiroşimanın meri həmçinin xatırladıb ki, atom bombardmanı nəticəsində yalnız yerli sakinlər deyil, eyni zamanda, Koreya yarımadasının, Çinin, bütün Asiya regionunun sakinləri, həmçinin amerikalı hərbi əsirlər də həlak olublar.

Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe vurğulayıb ki, Yaponiya nüvə silahı olmayan dünyanın yaradılması üçün var gücünü sərf edəcək. Baş nazir deyib: “Ölkəmiz nüvə silahından zərər çəkmiş yeganə dövlətdir. Buna görə də biz nüvə silahı olmayan dünyanın yaradılması üçün var gücümüzü sərf etməkdə qətiyyətliyik”.

Gələn il Hiroşimada böyük yeddiliyin xarici işlər nazirlərinin toplantısının keçiriləcəyini xatırladan Ş.Abe həmin görüşdə nüvə silahı məsələsinin də müzakirə olunacağını deyib.

1945-ci ilin avqustunda ABŞ hərbi təyyarəçiləri II Dünya müharibəsinin başa çatmasını sürətləndirmək məqsədilə Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atıblar. Partlayış nəticəsində Hiroşimanın 350 min sakinindən 140 mini, Naqasakidə isə 74 min insan həlak olub. Partlayışın qurbanlarının əksəriyyəti mülki vətəndaşlar idi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Erməni nazir Türkiyə ilə bu məsələdə razılığa gəldi
21.09.2019
İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir
21.09.2019
S-400, yoxsa “Patriot”?
21.09.2019
ŞOK İDDİA: Tramp 7,5 saniyəyə dünyanın sonunu gətirə bilər
20.09.2019
Ərdoğan İmamoğlunun işdən çıxardığı şəxsə vəzifə verib