Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Asiya “5G” şəbəkəsinin tətbiqi üzrə lider olacaq

00:20  |    06 Avqust 2015  |   E-mail  |  Çapa göndər


“InterDigital” şirkətinin hesabatına görə, mobil operatorların 71 faizi Asiyanın beşinci nəsil mobil rabitə şəbəkəsi texnologiyalarının (5G) hazırlanması və tətbiqi üzrə lider olacağını düşünür.


İkinci yerdə Şimali Amerika regionunun (52 faiz), üçüncüdə Avropanın (45 faiz) qərarlaşacağı bildirilir. Lakin Şimali Amerika operatorlarının fikrincə, məhz onlar bu istiqamətdə lider mövqe tutacaqlar. Buna baxmayaraq Asiya telekommunikasiya şirkətləri rəqiblərindən geri qalmaq fikrində deyil. Məsələn, Yaponiyanın “DoCoMo” operatoru 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində “5G” şəbəkəsini istifadəyə verməyi planlaşdırır, Cənubi Koreyanın "SK Telecom” şirkəti 2018-ci ildə “5G”nin prototipini nümayiş etdirəcək.

Digər operatorlar da asiyalı həmkarlarında geri qalmağı düşünmür. Hər üç operatordan biri 2021-ci ilədək “5G”ni kommersiya istifadəsinə verməyi planlaşdırır, lakin əksəriyyət diqqəti 2022-ci ilədək hazırlıq və sınaqlara yönəltmək niyyətindədir.

Tədqiqata görə, yüksək genişzolaqlı məhsuldarlıq (76 faiz) və “Əşyaların interneti” (74 faiz) “5G” texnologiyalarının inkişafı üçün ilk təkan olması bildirilib, virtual reallıq kimi digər sahələrin beşinci nəsil rabitə şəbəkəsinin inkişafı üçün az əhəmiyyət kəsb etməsi qeyd edilib. Tədqiqat müəllifləri vurğulayır ki, beşinci nəsil rabitə şəbəkəsinin yaradılması bütün fəaliyyət sahələrinə, o cümlədən xidmət tədarükçüləri və istifadəçilərə təsir göstərəcək.

Qeyd edək ki, kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq “5G” mobil şəbəkəsinin buraxılış qabiliyyəti “3G” ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq, - “4PDA” yazır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili
17.09.2019
Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA
17.09.2019
İran necə cəzalandırılacaq? – ABŞ-ın ssenarisi
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək