Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

CASCFEN növbəti seminarını İsmayıllıda keçirdi – VİDEO

15:52  |    05 Avqust 2015  |   E-mail  |  Çapa göndər

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminarını İsmayıllıda keçirib. İsmayıllıdakı Heydər Əliyev Mərkəzində baş tutmuş seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib. Tədbirdə 24 nəfər iştirak edib.

İsmayıllı rayon təhsil şöbəsinin təmsilçisi Ramiz Baloğlanov qonaqları və iştirakçıları salamlayaraq Azərbaycanda ifadə azadlığı mədəniyyətinin genişləndirilməsi üçün atılan addımları yüksək dəyərləndirib. O, dövlətin gördüyü işləri ayrıca vurğulayaraq qeyd edib ki, son illər ərzində bu yöndə ciddi işlər görülməkdədir.

Daha sonra CASCFEN sədri Azər Həsrət İsmayıllı rayonunda seminarın keçirilməsinin təsadüf olmadığını deyib.

“Biz İsmayıllı müəllimlərinin yeni texnologiyalara olan marağını nəzərə alaraq bu rayonu da layihəmizə daxil etmişik. Bilirik ki, sizin rayonun müəllimləri istər rayon səviyyəsində, istərsə də ölkə səviyyəsində belə proqramlarda həvəslə iştirak edirlər, çoxlu uğurlara imza atıblar. O baxımdan düşündük ki, seminarımız üçün ən uyğun iştirakçıları elə bu rayondan tapa bilərik”, – deyə Azər Həsrət bildirib.

Seminarın eksperti, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı isə çıxışında qeyd edib ki, İsmayıllı hər zaman Azərbaycan dövlətçiliyi tarixində öz rolunu oynayıb. Bölgənin insanlarının istiqanlı və pozitiv olmasına diqqət çəkən Əkbər Qoşalı İsmayıllıdakı inkişafın da nəzərdən qaçmadığını vurğulayıb.

Rayon icra hakimiyyətinin əməkdaşı Gülər Baxışova da qonaqları və iştirakçıları salamlayaraq qeyd edib ki, İsmayıllıda QHT-lərin fəaliyyətinə, vətəndaş maarifləndirməsinə böyük önəm verilir.

“Bizim elə bu Mərkəzdə tez-tez bənzər tədbirlər təşkil edilir. O baxımdan sizin də belə bir seminar keçirmənizi alqışlayırıq”, – deyə Gülər xanım bildirib.

Bundan sonra işinə başlayan seminarda ekspert Azər Həsrət onlayn ifadə azadlığına təminat verən beynəlxalq və milli normalar haqqında qeydlərini edib. O, ayrı-ayrı örnəklərlə bu sahədə qarşıya çıxa biləcək problemlərdən də danışıb.

Ekspert Əkbər Qoşalı isə Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasında tez-tez rast gəlinən hallardan örnəklər verməklə ortaya çıxan problemlər haqqında təcrübəsini paylaşıb.

Bundan sonra Azər Həsrət netiketin 10 qızıl qaydası haqqında geniş bilgi verib və seminar başa çatıb.

Anonim sorğu zamanı iştirakçılardan 17-si seminarı əla, 6-sı isə yaxşı qiymətləndirib.

Sonda sertifikatlar təqdim edilib, qrup şəkli çəkdirilib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.08.2019
Bakıda 18 milyon manata satılan dəbdəbəli mülk kimindir? - Böyük müəmma...
25.08.2019
Birinci vitse-prezidentin təşəbbüsü ilə Şəkidə şəhid ailəsinə ev verilib - FOTO
25.08.2019
Sabahın HAVA PROQNOZU
25.08.2019
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı (DOSYE)
24.08.2019
Xaçmazda texnika qaz xəttini zədələdi, təchizat dayandı