Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Dənizdə bir axşamda 5 gənc batdı -FACİƏ -VİDEO

15:22  |    05 Avqust 2015  |   E-mail  |  Çapa göndər

Batma faktlarından ikisi Bakıda, ikisi Sumqayıtda, biri isə Xaçmazda qeydə alınıb

Avqustun 4-ü axşam saatlarında respublika ərazisində müxtəlif çimərliklərdə 18 yaşlı dörd və 19 yaşlı bir şəxs daxil olmaqla 5 dənizdə batma faktı qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dənizdə batma faktlarından ikisi Bakıda, ikisi Sumqayıtda, daha biri isə Xaçmazda qeydə alınıb.

Belə ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakının Qaradağ rayonunda dənizdə (nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Akın Ərbinin suda batması haqqında məlumat daxil olub. A.Ərbinin cəsədi “Qaradağ-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:58-də başa çatıb.

APA-nın şimal bürosunun bundan əvvəl verdiyi məlumata görə, Quba rayonunun Ərməki kənd sakini 18 yaşlı Elvin Kərimov dənizdə batıb. Hadisə Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndində olan sahilində qeydə alınıb.

Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

18 yaşlı gəncin qadağan olunan ərazidə çimdiyi bildirilir.

Bundan başqa, FHN-nin “112” qaynar telefon xəttinə Sabunçu rayonundakı Pirşağı çimərliyində bir nəfərin batması ilə bağlı məlumat verilib. Dərhal hadisə yerinə nazirliyin əraziyə yaxın sularda xilasetmə məntəqəsinin xilasediciləri yollanıblar.

Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Kimlik müayinəsi zamanı məlum olub ki, batan şəxs 1997-ci il təvəllüdlü Əliyev Mübariz Məlikağa oğludur.

Həmçinin ötən gün axşam saatlarında Sumqayıtda 18 və 19 yaşlı iki oğlan dənizdə batıb. FHN-nin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlunun və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlunun suda batması haqqında məlumat daxil olub. E.Həmidovun və A.Tanrıverdiyevin meyiti “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.08.2019
Bakıda 18 milyon manata satılan dəbdəbəli mülk kimindir? - Böyük müəmma...
25.08.2019
Birinci vitse-prezidentin təşəbbüsü ilə Şəkidə şəhid ailəsinə ev verilib - FOTO
25.08.2019
Sabahın HAVA PROQNOZU
25.08.2019
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı (DOSYE)
24.08.2019
Xaçmazda texnika qaz xəttini zədələdi, təchizat dayandı