Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6657

Digər sorğular

PKK Türkiyənin 5 bölgəsində terror aktları törətdi -VİDEO

17:38  |    04 Avqust 2015  |   E-mail  |  Çapa göndər

PKK terror təşkilatı ötən gecə Türkiyənin müxtəlif bölgələrində 5 silahlı hücum həyata keçirib.

APA TV-nin məlumatına görə, terrorçular Bingöl vilayətinin Kığı qəsəbəsində yola basdırdıqları minaları hərbi maşın karvanının keçidi zamanı partladıblar. Hadisə nəticəsində ölən və ya yaralanan olmasa da, zirehli avtomobillərdən birinə ciddi ziyan dəyib.

Diyarbəkir vilayətində tikintisi davam edən Silvan su anbarına raket atılıb. Raket işçilərin yeməkxanasına düşüb. Hadisə zamanı insan tələfatı olmayıb. Təhlükəsizlik qüvvələri əməkdaşları hücum edənlərə cavab atəşi açıb və atışma başlayıb. 15 dəqiqəlik atışmadan sonra terrorçular hadisə yerindən qaçıblar.

Vilayətin Qulp polis idarəsinə də raketli hücum olub. PKK terrorçularına cavab atəşi açılıb. Hələlik insan tələfatının olub-olmadığı məlum deyil.

Terrorçular Mardin vilayətinin Nuşaybin qəsəbəsində 1 yanacaq daşıyan avtomobili və 1 yük maşınını saxlatdıraraq, sürücüləri avtomaşınlardan endiriblər. Maşınlara od vuran terrorçular hadisə yerindən qaçıblar.

Hakkarinin Çukurca rayonunda isə Jandarm Komandanlığına atəş açılıb. Bütün bölgələrdə terrorçuların yaxalanması üçün əməliyyatlara başlanıb.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
Ermənilər yunanları döyüb, tarixi mağaranı ələ keçirdilər - Foto
22.01.2020
Lavrov və Şoyqu yeni hökumətdə əvvəlki vəzifələrini davam etdirəcəklər -TAM SİYAHI
21.01.2020
İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub
21.01.2020
ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21.01.2020
Rusiyada baş verən yanğında 11 nəfər həlak olub - FOTO