Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Girov götürülən 30 azərbaycanlıdan yeni xəbər - VİDEO

17:07  |    03 Avqust 2015  |   E-mail  |  Çapa göndər

Ayxan Süleymanlı digər azərbaycanlıları da konsulluğa müraciət etməyə çağırıb.

Azərbaycanın Qarsdakı konsulu Ayxan Süleymanlı PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü azərbaycanlılar barədə açıqlama verib.

Ayxan Süleymanlı ANS PRESS-in Türkiyə bürosuna verdiyi açıqlamada bildirib ki, terrorçular tərəfindən girov götürülən azərbaycanlılardan bəziləri konsulluğa müraciət edib.

Konsul digər azərbaycanlıları da konsulluğa müraciət etməyə çağırıb.

Ayxan Süleymanlının sözlərinə görə, Konsulluq girov götürülən azərbaycanlılarla bağlı lazımi tədbirlər görür. / Türkiyə, Pərviz Sultansoy.

...13:12...

"Türk şirkətinə məxsus avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıblar".

Bunun ANS PRESS-ə açıqlamasında Ərzurumda təhsil alan azərbaycanlı tələbə Səbri Musayev deyib. Onun verdiyi məlumata görə, ötən gecə PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş.

Tələbənin sözlərinə görə, terrorçular sərnişinləri düşürdüşdən sonra avtobusu dərədən aşırıblar. "İndi onu çıxarmaq üçün texnikanı gözləyirlər".

S.Musayev deyib ki, onların məqsədləri camaatı qorxutmaq olub. Bizi saxladıqları müddətdə uşaqları dağa göndərməyi, hakim partiyaya qarşı mübarizəyə çağırışlar ediblər.


Saat 12:50
Ötən gecə PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü 70 nəfər arasında azərbaycanlılar da var. Bu barədə məlumatı ANS PRESS-ə Türkiyədə təhsil alan Sənan Musayev adlı tələbə verib. Onun sözlərinə görə, 70 nəfər arasında 30-a yaxın azərbaycanlı olub.

"Avtobusda olanlar Ərzuruma müalicə məqsədi ilə gediblər. Avtobusda olanlar arasında mənim qardaşım Səbrin də var. PKK üzvləri onların əlindən sənədləri və pulları alandan sonra buraxıblar. Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə bilmirlər".

ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, 70 girovu 2 saat sonra azadlığa buraxan terrorçular Kağızman bələdiyyəsinə aid avtobusu və 3 TIR-ı od vuraraq yandırıblar. Polis və jandarm qüvvələri bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Xatırladaq ki, iyulun 17-də PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub. İftar vaxtı bir qrup terror təşkiları üzvü İğdırdan Naxçıvana sərhəd keçid məntəqəsi olan Dilucuya gedən yolu kəsib. PKK üzvləri yoldan keçən TIR-ı saxlayıblar. Onlar sürücünü maşından düşürdükdən sonra avtomobilə od vurublar.



Naxçıvan sərhəddində yandırılan TIR

Terror təşkilatı mütəmadi olaraq Qars-Ərzurum-İqdır magistralında avtomobillərər hücum edir, maşınları yandırır.

Türkiyədə iyul ayının 20-də Şanlıurfanın Suruc rayonunda 32 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra genişmiqyaslı antiterror əməliyyatına başlayıb. Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aksiyalar keçiriblər.

Türk Hava Qüvvələrinə məxsus qırıcılar terrorçuları bombalayıblar.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.08.2019
Bakıda 18 milyon manata satılan dəbdəbəli mülk kimindir? - Böyük müəmma...
25.08.2019
Birinci vitse-prezidentin təşəbbüsü ilə Şəkidə şəhid ailəsinə ev verilib - FOTO
25.08.2019
Sabahın HAVA PROQNOZU
25.08.2019
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı (DOSYE)
24.08.2019
Xaçmazda texnika qaz xəttini zədələdi, təchizat dayandı