Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Şəhidlərin medalları ailə üzvlərinə təqdim olundu- VİDEO

15:49  |    03 Avqust 2015  |   E-mail  |  Çapa göndər

Biləsuvarda şəhidlərin medalları ailə üzvlərinə təqdim olundu.
Azərbaycanın ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canından keçmiş 3 biləsuvarlı şəhid ölkə başçısının sərəncamı ilə dövlətimizin ali hərbi mükafatları ilə təltif olunub. APA TV-nin cənub bürosunun məlumatına görə, mükafatlar şəhərin Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə şəhidlərin ailə üzvlərinə təqdim edilib.

Mərasimdə iştirak edən Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani bildirib ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların şücaəti heç də diqqətdən kənarda qalmır. Onların ailə üzvlərinin qayğı və problemləri daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə daha sonra medallar şəhidlərin ailə üzvlərinə təqdim edilib.

Şəhid gizir Pərvin Əliyevin ölümdən sonra təltif edildiyi “Hərbi xidmətlərə görə” medalını oğlu Riad, kiçik gizir Rahil Hüseynovun medalını isə anası Şahzadə Hüseynova qəbul edib. Şəhid gizir Şahmurad Əlizadənin ölümündən sonra layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı onun anası Sürəyya Əliyevaya təqdim olunub.

Sonda çıxış edən şəhid ailələrinin üzvləri övladlarının Vətən torpaqları uğrunda həlak olmaları ilə qürur hissi duyduqlarını, lazım gəldiyi təqdirdə özləri də silaha sarılaraq döyüşə atılacaqlarını bəyan ediblər.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.08.2019
Bakıda 18 milyon manata satılan dəbdəbəli mülk kimindir? - Böyük müəmma...
25.08.2019
Birinci vitse-prezidentin təşəbbüsü ilə Şəkidə şəhid ailəsinə ev verilib - FOTO
25.08.2019
Sabahın HAVA PROQNOZU
25.08.2019
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı (DOSYE)
24.08.2019
Xaçmazda texnika qaz xəttini zədələdi, təchizat dayandı