Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7148

Digər sorğular

Gömrük hospitalında uğurlu replantasiya əməliyyatı baş tutub

17:50  |    30 İyul 2015  |   E-mail  |  Çapa göndər

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında yuxarı ətrafın uğurlu replantasiya əməliyyatı aparılıb.


QAZİLER.AZ saytının Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, hospitala müraciət edən 26 yaşlı pasient C.A.Muradovun əməliyyatı hospitalın mütəxəssisləri - tibb elmləri namizədi, travmatoloq-ortoped Ramin Rzayev, tibb elmləri namizədi, damar cərrahı Sabuhi Dadaşov, tibb elmləri namizədi, həkim-cərrah Namiq Bədirxanov tərəfindən həyata keçirilib. Sağ qolu travma nəticəsində amputasiya olmuş xəstə Mərkəzi Hospitalda əməliyyata alınıb. 10 saatlıq əməliyyatdan sonra replantasiya uğurla başa çatdırılıb.

Xəstənin travma nəticəsində qopmuş sağ qolunun uzun müddət qanla təchizatının olmamasına və bu cür hallarda əməliyyatın uğurlu keçməsi ehtimalının az olmasına baxmayaraq, həkimlərin səyi nəticəsində travma almış arterial və venoz damarlar, bazu sümüyü və əzələlər, eyni zamanda sinir damarları müvəffəqiyyətli şəkildə bərpa edilib. Əməliyyatdan sonrakı dövrdə qolun qanla təchizatı tam bərpa olunub. Xəstənin əmək qabiliyyətinin bərpası 8-12 ay ərzində nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.10.2020
Sabahın hava proqnozu açıqlanıb
25.10.2020
Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
25.10.2020
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
25.10.2020
Düşmənə hərbi sirr vermə! - FOTO
24.10.2020
Hərbçilərimiz əhalimizə koronavirusla bağlı çağırış etdi - VİDEO