Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

İrəvanda gərginlik: Lider xəstəxanalıq oldu-VİDEO, FOTO

17:37  |    30 İyul 2015  |   E-mail  |  Çapa göndər

Etirazçılar avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir.

İrəvanın mərkəzində "Dur, Ermənistan" vətəndaş hərəkatı elektrik enerjisinin qiymətinin qaldırılmasına qarşı aparılan mübarizəni davam etməkdədir.

ANS PRESS-in məlumatına görə, iyulun 29-da yüzlərlə etirazçı İrəvanın mərkəzində yerləşən Azadlıq meydanına çıxıblar. Bir müddət davam edən qarşıqlıqdan sonra polis aksiyaçıları meydandan qovmağa nail olub.

Daha sonra, etirazçılar Nalbandyan və Sarkisyan küçələrinin kəsişmələrində, yolun ortasında oturmağa qərar veriblər. Buradan isə polis əməkdaşları etirazçıları əllərində səkiyə aparıblar.

"Dur, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.



Etirazlar davam edir

Polis "Dur, Ermənistan" vətəndaş hərəkatının koordinatoru David Sanasaryanı döyüb. Sanasaryan təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Sanasaryan polisin ona qarşı güc tətbiq etməsinə şikayətlənərək, ona başından zərbə endirildiyini qeyd edib. Aksiyaçılar etirazlarını davam etdirəcəyini bildirərək dağılışıb.
David Sanasaryan

İyunun 23-də İrəvan polisi tərəfindən elektrik enerjisinin bahalaşmasına qarşı etiraza qalxan “Talana yox” hərəkatının nümayişini dağıdarkən 237 nəfər, həmçinin jurnalistlər saxlanılıb, onlara qarşı qəddarlıq nümayiş olunub.

Bir sözlə, Ermənistanda hakimiyyəti olduqca çətin günlər gözləyir. Prezident Serj Sarkisyanın taleyi isə necə olacaq, onu özündən başqa kimsə bilmir. İrəvanda suların nə vaxt durulacağını zaman göstərəcək. Ya əhali bu rejimi devirəcək, ya geri çəkiləcək. Vəziyyətin indiki gedişi xalqın geriyə addım atmayacağı kimi görünür.



İrəvanda Azadlıq meydanı


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.08.2019
İran məktəblərində Azərbaycan dili tədris olunacaq
25.08.2019
Türkiyə ordusunda narazılıq: 5 general istefa verdi
25.08.2019
Rusiya iqtisadiyyatı çökür: Putin “böyük dövlət” siyasətinin qurbanı ola bilər
25.08.2019
II Yelizaveta Trampa görə qazonun korlanmasından şikayətlənib - VİDEO
25.08.2019
İsrail hərbçiləri Suriyadakı İran hədəflərinə zərbələr endirib