Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Lerikdə kütləvi məzarlıq aşkarlandı -VİDEO

20:20  |    29 İyul 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan arxeoloji qazıntılar nəticəsində Lerik rayonunun Gürdəsər kəndi ərazisində kütləvi məzarlıq aşkar edilib.

APA TV-nin cənub bürosunun məlumatına görə, aşkar edilən məzarlıqda ümumilikdə 22 insan skeleti üzə çıxıb. Burada insanlarla yanaşı, heyvanların da dəfn olunduğu müəyyənləşib.

Qəbirlərdə sağ və sol çiyinləri üstündə, yaxud bükülü vəziyyətdə basdırılan insan cəsədlərinə də rast gəlinib. Bu isə qəbirlərdəki insanların o dövrün adət və ənənələri ilə dəfn edildiyinə, cəsədlərin kişi və ya qadın olmasına dəlalət edir.

İnstitutun aparıcı elmi işçisi, Lerik Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin sözlərinə görə, ekspedisiyanın əsas məqsədi Azərbaycan ərazisində antik dövr üzrə elmi araşdırmalar aparmaqla, qədim insanların formalaşması, meydana gəlməsi proseslərini tədqiq etməkdən ibarətdir. Antik torpaq qəbirlərdə həyata keçirilən tədqiqatlar zamanı həmçinin ibtidai insanların fiziki tipi, onların məşğuliyyəti, istifadə olunan əmək alətlərinin texniki tipologiyası, ovçuluq təsərrüfatı və onun meydana gəlməsi kimi xüsusiyyətlər də tədqiq edilir.

Qeyd edək ki, Gürdəsər kəndi ərazisində aşkar olunan qəbirlərdəki insanların baş və ayaq hissələrində müxtəlif növ qılınclar, bıçaqlar, nizə başlıqları, küp qablar, bilərziklər və digər əşyalar bu ərazilərdə 2400-2500 il əvvəl insanların məskunlaşdığını sübuta yetirir. Ümumilikdə isə son 3 ildə sözügedən ərazidə aparılan qazıntılar zamanı 104 qəbir aşkar edilib.

Onu da əlavə edək ki, Lerik rayonunda arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri kameral işləmələrdən sonra muzeylərə təhvil veriləcək.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.08.2019
Bakıda 18 milyon manata satılan dəbdəbəli mülk kimindir? - Böyük müəmma...
25.08.2019
Birinci vitse-prezidentin təşəbbüsü ilə Şəkidə şəhid ailəsinə ev verilib - FOTO
25.08.2019
Sabahın HAVA PROQNOZU
25.08.2019
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı (DOSYE)
24.08.2019
Xaçmazda texnika qaz xəttini zədələdi, təchizat dayandı