Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6656

Digər sorğular

Başına 7 milyon dollar mükafat qoyulan “Al-Qaida“ lideri öldürüldü -VİDEO

20:42  |    22 İyul 2015  |   E-mail  |  Çapa göndər



ABŞ-ın başına 7 milyon dollar qoyduğu "al-Qaida" liderlərindən biri Muhsin al-Fadli öldürülüb.

APA Tv-nin xəbərinə görə, "Al-Qaida"nın ən təhlükəli qollarından olan Xorasan qrupunun lideri al-Fadlinin ABŞ-ın Suriyada həyata keçirdiyi hava hücumu nəticəsində öldürüldüyü bildirilir.

Xəbəri Pentaqon sözçüsü Jeff Davis yazılı açıqlama ilə ictimaiyyətə çatdırıb. Davis Xorasan qrupunun liderinin iyulun 8-də Suriyanın Sarmada şəhəri yaxınlarında avtomobillə hərəkətdə olarkən ABŞ təyyarələri tərəfindən vurulduğunu açıqlayıb. Açıqlamada al-Fadlinin 11 sentyabr hadisələrindən xəbərdar olan az sayda "al-Qaida" liderlərindən biri olduğu qeyd olunub.

ABŞ "al-Qaida"nın İraq təşkilatının liderliyinə yüksələn, maliyyə və terrorçu cəlb olunmasına cavabdeh olan al-Fadlinin başına 2002-ci ildə 7 milyon dollar mükafat qoyub. Onun ABŞ və digər Qərb ölkələrində terror aktları törətməyi planlaşdırdığı bildirilirdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
Lavrov və Şoyqu yeni hökumətdə əvvəlki vəzifələrini davam etdirəcəklər -TAM SİYAHI
21.01.2020
İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub
21.01.2020
ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21.01.2020
Rusiyada baş verən yanğında 11 nəfər həlak olub - FOTO
21.01.2020
Tehran və Kiyev razılığa gəldi - Təyyarə olayı