Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6653

Digər sorğular

MŞ üzvləri Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər -VİDEO

17:37  |    22 İyul 2015  |   E-mail  |  Çapa göndər

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və media nümayəndələri Azərbaycan milli mətbuatının 140 illiyi münasibətilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. APA-nın xəbərinə görə, media nümayəndələri məzarın önünə əklil qoyublar.

Daha sonra milli mətbuatın banisi Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin fəaliyyətindən danışıb: “Həsən bəy Zərdabi Azərbaycan xalqının inkişafına mane olan faktorları – mövhumatı, savadsızlığı bizim üçün bəlli etdi. Bizim xalqımızın inkişaf yolu maarifdən keçir. Bu gün Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır”.



Şura sədri “Əkinçi” qəzetində erməni məsələsinə də geniş yer verildiyini söyləyib: “Bu gün bizim qarşımızda duran əsas vəzifə Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsi, Dağlıq Qarabağ, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Həsən bəy Zərdabiyə, habelə Azərbaycan xalqının inkişafında rol oynayan ayrı-ayrı söz sahiblərinə Allah rəhmət eləsin!”



Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev “Əkinçi” qəzetinin milli mətbuat tariximizdəki rolu haqda çıxış edib. O, Zərdabinin ideyalarının bu gün də yaşadığını vurğulayıb.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR
18.01.2020
Qarabağ qazisinin SEÇKİ PLATFORMASI - BİOQRAFİYASI
18.01.2020
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir
18.01.2020
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib
18.01.2020
Sabahın hava proqnozu açıqlanıb