Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular
"Dünya" rubrikasının yazıları
13.11.2015 03:35
Polşa hökuməti istefaya getdi
Polşa hökuməti baş nazir Yeva Kopaç daxil olmaqla istefa verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qərar baş nazirin rəhbəri olduğu “Vətəndaş platforması” partiyasının 25 oktyabr tarixli parlament seçkilərində məğlubiyyətindən sonra verilib.
13.11.2015 02:55
Avropa “Molla Krekar” qəsdinin üstünü açdı
Avropanın bir neçə ölkəsində polis “cihadçı şəbəkəyə” aidlikdə şübhəli bilinən 17 fərdin təqibinə başlayıb.

İtaliyada 6, Britaniyada 4, Noprveçdə 3 şübhəli saxlanıb. Polis bəzi başqa şübhəlilərin İraqa və ya Suriyaya getmiş ola bildiyini güman edir.
13.11.2015 02:00
Kürdlər əməliyyata başladı: 20 minlik əlavə qüvvə əmr gözləyir
Şimali İraq kürd muxtariyyətinin Peşmərgə güçləri Sincar şəhəri və ətraf əraziləri İŞİD terror təşkilatından azad etmək üçün 7500 nəfərlə genişmiqyaslı əməliyyata başlayıb.
13.11.2015 01:30
Çinə S-400-lərin veriləcəyi vaxt bilindi
S-400 zenit raket sistemləri Çinə 1-1.5 ildən sonra veriləcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
12.11.2015 22:08
ABŞ Avropaya 800 milyonluq silah göndərir
ABŞ Avropa ölkələrinə 880 milyon dollarlıq silah verəcək.
12.11.2015 21:47
Güneydə kütləvi həbslər: Kəndə hücum edildi
İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Güney Azərbaycandakı milli mədəni fəalların ev və iş yerlərinə basqınlar həyata keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yayıb. Təşkilat ETTELAAT-ın Meşginşəhrdə “Seyfi qardaşları bonqahı”, “Azərbaycan sendiviçi” və Qaraduruş kəndindəki “Kəndimiz” kafelərində bir neçə azərbaycanlını həbs etdiyini bildirib. Hücumlar nəticəsində Mənsur Seyfi, Əli Feyzi və daha bir neçə nəfər tutulub.
12.11.2015 21:00
Almaniya Türkiyəni qoruyan raketləri daşımağa başladı
Almaniya Türkiyənin Qəhrəmanmaraş vilayətində yerləşdirilən “Patriot” hava hücumundan müdafiə sistemlərinin daşınmasına başlayıb.

Axar.az xəbər verir ki, artıq hərbi vəsaitlərin bir qismi TIR-lara yüklənərək İsgəndərun limanına göndərilib.
12.11.2015 20:52
Rada Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıyıb
Ukrayna Ali Radası Krım tatarlarının 1944-cü ilin mayında deportasiyasını soyqırım kimi tanıyıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq qərarın lehinə 245 deputat səs verib.
12.11.2015 20:08
Gürcüstan Rusiya silahlarını Ermənistana buraxmadı
Rusiya tərəfindən Ermənistana 200 milyon dollarlıq imtiyazlı kreditin çərçivəsində çatdırılan müasir hərbi texnika tezliklə Ermənistanda olacaq.

Virtualaz.org bildirir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazıb. Amma qəzet vurğulayıb ki, ağır texnika Ermənistana uzun yol ilə çatdırılacaq: “Bu texnika Rusiya Federasiyasından Qazaxıstana, oradan İrana, İrandan isə Ermənistana gətiriləcək.
12.11.2015 19:52
Sabiq millət vəkili aeroportda saxlanıldı
Xalqların Demokratik Partiyasından (HDP) olan sabiq millət vəkili Sabahat Tuncəl bu gün səhər saatlarında Atatürk hava limanında saxlanılıb.

Axar.az xəbər verir ki, araşdırma zamanı kürd əsilli siyasətçinin ölkədən çıxışına qadağa qoyulduğu məlum olub.
12.11.2015 19:52
Nazir: “Şengen zonası ləğv olunacaq”
Əgər Avropa miqrant böhranını bir il ərzində həll etməsə, Şengen zonası məhv olacaq.

Axar.az xəbər verir ki, bunu Latviya mətbuatına müsahibəsində ölkənin Daxili İşlər naziri Rixard Kozlovskis söyləyib.
12.11.2015 19:08
Türkiyədən İrana sərt tənqid - Müharibə riski...
Rusiyanın İrana S-300 raketi satması bölgədəki vəziyyəti daha da gərginləşdirəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər nazirinin müavini Əli Şahin deyib.

O bildirib ki, İranın silahlandırılması müharibə ocaqlarının miqyasını daha da genişləndirəcək:
12.11.2015 19:00
Əsəd mühüm hərbi bazanı ələ keçirdi
Suriya ordusu Dəməşqdə yerləşən Mərci Sultan hərbi bazasını 3 il sonra yenidən ələ keçirib.

Axar.az xəbər verir ki, ordu bu gün səhər saatlarında müxaliflərin nəzarətində olan bazaya girməyi bacarıb.

Hazırda baza ətrafında savaş davam edir.
12.11.2015 18:30
Braziliyada polis küçədə 3 nəfəri öldürdü - KAMERA GÖRÜNTÜSÜ
Braziliyada xüsusi təyinatlı polis küçənin ortasında 3 nəfəri qətlə yetirib. APA TV-nin xəbərinə görə, hadisə Braziliyanın şimalında Roraima vilayətinin paytaxtı Boa Vista şəhərində qeydə alınıb.
12.11.2015 17:38
Türk dili İranda rəsmi dövlət dili olsun! - XAMNEYİYƏ MÜRACİƏT-VİDEO
İranın Təbriz, Urmiya və Ərdəbil şəhərlərində soydaşlarımızın etirazları səngimir. APA TV-nin xəbərinə görə, küçələrə çıxan milyonlarla soydaşımız tərəfindən "Azərbaycan yıxılmaz, türkün beli bükülməz", "İrqi ayrı-seçkiliyə son" şüarları səsləndirilib:
12.11.2015 17:30
İraq kürdləri İŞİD-ə qarşı hücuma keçdi-VİDEO
İraqda kürd peşmərgələr İŞİD mövqelərinə hücuma keçiblər. APA TV-ni "Vesti.az"a istinadən verdiyi məlumata görə, bu əməliyyat terrorçuların ötən ilin sonundan ələ keçirdiyi Sincar şəhərinin təmizlənməsinə hesablanıb.
12.11.2015 17:22
Norveçdə qaçqın düşərgəsində güclü yanğın baş verdi -VİDEO
Norveçdə qaçqınların məskunlaşdığı düşərgədə güclü yanğın olub. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, 500 miqrant təxliyə edilib.

Yanğını bir neçə saat söndürmək mümkün olmayıb. Hadisənin səbəbləri məlum deyil. Amma yanğının istirahət otaqlarından və ümumi mətbəxdən qaynaqlandığı dəqiqləşdirilib. Məhz buna görə də sonuncu hadisədə qaçqınların özlərinin günahkar olduqları ehtimal olunur.
12.11.2015 16:00
Telekanallar Putinin iclasından məxfi məlumatlar yaydı
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov Rusiya televiziyasının bəzi telekanallarının efirində dövlət başçısının iclasından məxfi məlumatlar yayımlanmasını təsdiqləyib.
12.11.2015 15:15
İranda azərbaycanlıların aksiyaları genişlənir: Ərdəbil və Urmiyaya Əhər də qoşulur -VİDEO
İran televiziyasının azərbaycanlıları təhqir etməsi ilə əlaqədar etiraz aksiyaları davam edir.

APA TV-nin məlumatına görə, İranın əksər şəhərləri və paytaxt Tehranda keçirilən etiraz aksiyalarından sonra bu dəfə Əhər şəhərində kütləvi etirazlara çağırış edilib.
12.11.2015 14:15
Yeni Ali Komissarın adı bəlli oldu
BMT baş katibi Pan Qi Mun italiyalı Filippo Qrandini BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarı təyin edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
12.11.2015 14:08
Donbasda vəziyyət gərginləşir
ATƏT-in Xüsusi monitorinq missiyası noyabrın 10-da Ukraynanın Donetsk şəhəri ətrafında 90-dan çox partlayış qeydə alıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə missiyanın hesabatında deyilir.
12.11.2015 01:30
Jirinovski Telman İsmayılovun batmasından danışdı: “Qazandıqlarını aparıb türklərə verdi...”
Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski Azərbaycan əsilli keçmiş milyarder Telman İsmayılovun müflis olmasına münasibət bildirib. Virtualaz.org gazeta.ru-ya istinadən xəbər verir ki, Jirinovski oliqarxların pullarını xaricə çıxarmasına qadağa qoyulmalı olduğunu deyib. Onun fikrincə, oliqarxların pullarınl xaricə daşıması iqtisadiyyata zərər vurur.

Jirinovski misal olaraq Telman İsmayılovu göstərib və onun 1.5 milyard dollara Türkiyədə tikdirdiyi otelinin müsadirə olunaraq hərracda cəmi 128 milyon dollara satılmasını xatırladıb.
12.11.2015 01:00
Rusiya ATƏT DTİHB-nin fəaliyyətinin yoxlanılmasını istəyir
"Rusiya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) işinin təftiş edilməsinin tərəfdarıdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib.
12.11.2015 00:30
Ukrayna millətçilərinin lideri istefa verdi
Ukrayna Ali Radasının deputatı və “Sağ sektor” millətçi partiyasının sədri Dmitri Yaroş təşkilatın sədrliyindən istefa verdiyini açıqlayıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, təşkilat üzvləri ilə ciddi fikir ayrılığı olduğu üçün bu addımı atıb: “Mən “Sağ sektor” təşkilatındakı səlahiyyətlərimi təhvil verirəm, amma millətçi, dövlətçi və inqilabçı olaraq qalıram”.
11.11.2015 21:45
Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsi sınaq uçuşu keçirdi
Yaponiyanın yeni “Mitsubishi Regional Jet” (MRJ) reaktiv sərnişin təyyarəsi noyabrın 11-də sınaq uçuşu edib. Bu, Yaponiyada yaradılan ilk reaktiv hava gəmisidir.

İKT.lent.az-ın "Lenta”ya istinadən xəbərinə görə, təyyarə Naqoya aeroportundan qalxaraq bir saat sonra geri dönüb.
11.11.2015 21:30
Kadırovdan ÇAĞIRIŞ: İŞİD-ə qarşı birləşin
Çeçenistan rəhbəri Ramzan Kadırov Yaxın Şərqin liderlərini İŞİD-ə qarşı birləşməyə çağırıb.

Haqqin.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya regionu hökumətinin mətbuat xidməti məlumat yayıb.
11.11.2015 20:38
Abdullah Öcalanın qardaşı oğlu intihar etdi
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın qardaşı oğlu intihar edib.

Aznews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdullah Öcalanın Avstriyanın paytaxtı Vyanada yaşayan qardaşı oğlunun anbarda meyidi tapılıb. İntihar etdiyi iddia edilən 36 yaşlı Hüseynin cənazəsi dəfn edilmək üçün Türkiyəyə göndərilib.
11.11.2015 20:00
Turistlər kütləvi şəkildə bu ölkəni tərk edirlər
Rusiya və Böyük Britaniya vətəndaşları Misiri tərk etməkdə davam edirlər. Sinay yarımadasında Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra edilən təhlükəsizlik xəbərdarlıqları ilə əlaqədar turistlər Misiri tərk etməyə başlayıblar. Artıq 20 min Rusiya, 8 min Böyük Britaniya vətəndaşı ölkəsinə geri qayıdıb. Rusiyanın turizm agentliyi Misirdəki vətəndaşlarının noyabr ayının20-nə kimi tam geri qaytarılacağını bildirib.
11.11.2015 19:31
Türkiyəyə hansı liderlər gəlir? – SİYAHI
Noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində G-20-nin zirvə toplantısı keçiriləcək.

Axar.az xəbər verir ki, mötəbər tədbirə dünyanın bir sıra dövlət və hökumət başçıları qatılacaq.

Zirvə toplantısında beynəlxalq terrorizmlə mübarizə, Suriya böhranı və digər aktual məsələlər müzakirə olunacaq.
11.11.2015 19:03
Rusiyanın gizli saxladığı Suriya planı üzə çıxdı
Rusiyanın Suriya böhranı ilə bağlı BMT-yə təqdim etdiyi sülh planının gizli saxlanılan detalları ortaya çıxıb.

Axar.az xəbər verir ki, Rusiya sülh planında Suriyada 18 aylıq keçid dövründən sonra prezident seçkisinin keçirilməsini təklif edib.
11.11.2015 18:57
Şok: Bako Saakyan azərbaycanlıdır
Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın “prezidenti” Bako Saakyan haqqında ilginc məlumat yayılıb.

Axar.az xəbər verir ki, ermənilərin sosial şəbəkələrdə yaydığı məlumata əsasən, Bako Saakyanın əsl adı Bahadurdur.
11.11.2015 18:23
Ərdoğan Türkiyənin prioritetlərini açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin prioritetlərini açıqlayıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, Prezident bildirib ki, Türkiyə üçün prioritetlərdən biri ölkənin təhlükəsizliyinə təhdid törədən terror təşkilatları ilə mübarizə və ölkənin müdafiə sənayesinin gücləndirilməsidir.
11.11.2015 18:08
Nazirlik hər 10 saniyədə bir can alan xəstəliklə bağlı aksiya keçirir
Hazırda dünyada hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə diabetdən dünyasını dəyişir. Təəssüf ki, Azərbaycanda da şəkərli diabetdən əziyyət çəkənlərin sayı artır.
11.11.2015 17:08
Putin sərəncam verdi: Rusiya Ermənistanla birgə HHM sistemi yaradır
Rusiya Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu gün müvafiq sərəncam imzalayıb.
11.11.2015 16:22
Türkiyədə içki festivalına QADAĞA qoyuldu
Türkiyədə içki (rakı) festivalı qadağan edilib. Lent.az Doğan informasiya agentliyinə istinadən xəbər verir ki, hər il Adanada keçirilən və minlərlə insanın qatıldığı festival bu il baş tutmayacaq.

Festival təşkilatçılarına şəhər valiliyindən bildirilib ki, ölkədə spirtli içki reklamı qadağan edildiyindən bu tədbirin keçirilməsi mümkün deyil.
11.11.2015 15:08
PKK fəallaşdı: terrorçular 3 polisi şəhid etdi -VİDEO
PKK terrorçuları Şırnakın Silopi qəsəbəsində 3 polisi şəhid edib, birini isə yaralayıb.

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, terrorçular patrul xidmətini yerinə yetirən zirehli polis maşınına qumbaraatanlardan hücum edib.
11.11.2015 15:00
Rusiya Səudiyyə Ərəbistanına 10 mlrd dollarlıq silah satacaq
Rusiyanın Səudiyyə Ərəbistanına 10 mlrd dollar dəyərində silah-sursatın tədarükünə dair sazişlər paketi hazırlanır. Sazişlərin Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz Əl Saudun Moskvaya gözlənilən rəsmi səfəri zamanı imzalanacağı gözlənilir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Vedomosti” nəşrinə “Rostex” və “Rosoboroneksport”dakı mənbələr bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl kralın Rusiyaya səfəri ilə bağlı diplomatik kanallarla danışıqlar davam edir.
11.11.2015 14:52
Yaponiya ABŞ-dan 24 ədəd “Patriot” zenit raket kompleksi aldı
Yaponiya öz ərazisində ABŞ istehsalı olan 24 ədəd “Patriot” zenit raket komplekslərinin yerləşdirilməsi prosesini başa çatdırıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin “Cunqo Sinven Van” xəbər agentliyi məlumat yayıb.
11.11.2015 14:38
Obama İrana qarşı sanksiyaları daha bir il uzatdı
ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
11.11.2015 14:22
İran iki aya “S-300” raketlərinə malik olmaq istəyir
İranın müdafiə naziri Hüseyn Dehqan Tehranın cari ilin sonunadək Rusiyadan “S-300” raket sistemlərini əldə etmək niyyətində olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın “PressTV” telekanalı məlumat yayıb.
Məlumatların sayı: 16206


Digər səhifələr:
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 - 16 - 17 - 18 - 19 - 20 - 21 - 22 - 23 - 24 - 25 - 26 - 27 - 28 - 29 - 30 - 31 - 32 - 33 - 34 - 35 - 36 - 37 - 38 - 39 - 40 - 41 - 42 - 43 - 44 - 45 - 46 - 47 - 48 - 49 - 50 - 51 - 52 - 53 - 54 - 55 - 56 - 57 - 58 - 59 - 60 - 61 - 62 - 63 - 64 - 65 - 66 - 67 - 68 - 69 - 70 - 71 - 72 - 73 - 74 - 75 - 76 - 77 - 78 - 79 - 80 - 81 - 82 - 83 - 84 - 85 - 86 - 87 - 88 - 89 - 90 - 91 - 92 - 93 - 94 - 95 - 96 - 97 - 98 - 99 - 100 - 101 - 102 - 103 - 104 - 105 - 106 - 107 - 108 - 109 - 110 - 111 - 112 - 113 - 114 - 115 - 116 - 117 - 118 - 119 - 120 - 121 - 122 - 123 - 124 - 125 - 126 - 127 - 128 - 129 - 130 - 131 - 132 - 133 - 134 - 135 - 136 - 137 - 138 - 139 - 140 - 141 - 142 - 143 - 144 - 145 - 146 - 147 - 148 - 149 - 150 - 151 - 152 - 153 - 154 - 155 - 156 - 157 - 158 - 159 - 160 - 161 - 162 - 163 - 164 - 165 - 166 - 167 - 168 - 169 - 170 - 171 - 172 - 173 - 174 - 175 - 176 - 177 - 178 - 179 - 180 - 181 - 182 - 183 - 184 - 185 - 186 - 187 - 188 - 189 - 190 - 191 - 192 - 193 - 194 - 195 - 196 - 197 - 198 - 199 - 200 - 201 - 202 - 203 - 204 - 205 - 206 - 207 - 208 - 209 - 210 - 211 - 212 - 213 - 214 - 215 - 216 - 217 - 218 - 219 - 220 - 221 - 222 - 223 - 224 - 225 - 226 - 227 - 228 - 229 - 230 - 231 - 232 - 233 - 234 - 235 - 236 - 237 - 238 - 239 - 240 - 241 - 242 - 243 - 244 - 245 - 246 - 247 - 248 - 249 - 250 - 251 - 252 - 253 - 254 - 255 - 256 - 257 - 258 - 259 - 260 - 261 - 262 - 263 - 264 - 265 - 266 - 267 - 268 - 269 - 270 - 271 - 272 - 273 - 274 - 275 - 276 - 277 - 278 - 279 - 280 - 281 - 282 - 283 - 284 - 285 - 286 - 287 - 288 - 289 - 290 - 291 - 292 - 293 - 294 - 295 - 296 - 297 - 298 - 299 - 300 - 301 - 302 - 303 - 304 - 305 - 306 - 307 - 308 - 309 - 310 - 311 - 312 - 313 - 314 - 315 - 316 - 317 - 318 - 319 - 320 - 321 - 322 - 323 - 324 - 325 - 326 - 327 - 328 - 329 - 330 - 331 - 332 - 333 - 334 - 335 - 336 - 337 - 338 - 339 - 340 - 341 - 342 - 343 - 344 - 345 - 346 - 347 - 348 - 349 - 350 - 351 - 352 - 353 - 354 - 355 - 356 - 357 - 358 - 359 - 360 - 361 - 362 - 363 - 364 - 365 - 366 - 367 - 368 - 369 - 370 - 371 - 372 - 373 - 374 - 375 - 376 - 377 - 378 - 379 - 380 - 381 - 382 - 383 - 384 - 385 - 386 - 387 - 388 - 389 - 390 - 391 - 392 - 393 - 394 - 395 - 396 - 397 - 398 - 399 - 400 - 401 - 402 - 403 - 404 - 405 - 406