Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular
"Dünya" rubrikasının yazıları
18.11.2015 18:08
Parisdə vəziyyət yenidən gərginləşdi: terrorçu-qadın özünü partlatdı -VİDEO
Paris yaxınlığında keçirilən əməliyyat zamanı terrorçu-kamikadze özünü partladıb.

APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, qadın üzərindəki partlayıcı qurğunu işə salıb.
18.11.2015 18:00
Yunanıstanda güclü zəlzələ: ölənlər və dağıntılar var -VİDEO
Yunanıstanın Levkada adasında zəlzələ baş verib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, yeraltı təkanlar 6,1 bal gücündə olub.

Zəlzələ nəticəsində iki qadın ölüb, 8 nəfər yaralanıb. Ölən qadınlardan biri uçan evin dağıntıları altında qalıb, digərinin üzərinə isə qaya parçası düşüb.
18.11.2015 17:38
Parisdə atışmalar başladı: terrorçular öldürüldü, polislər yaralandı -VİDEO
Parisin ətraf qəsəbələrində terrorçuların tapılması istiqamətində əməliyyatlar genişləndirilib.

APA TV-nin "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, Sen-Denidə keçirilən əməliyyat zamanı 3 şübhəli şəxs saxlanılıb.
18.11.2015 17:08
Türkiyə hökumətinin ilkin tərkibi açıqlandı
Hökumətin qurulması səlahiyyətlərini prezidentdən təhvil alan Türkiyənin baş naziri Əhməd Davutoğlu yeni kabinetin tərkibini bir neçə gün sonra açıqlayacaq.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kabinetin tərkibinin ya bu gün, ya da sabah açıqlanacağı gözlənilsə də, bu mümkün olmayacaq. Prezidentlə baş nazirin bir daha görüşərək bu məsələni müzakirə edəcəklərinə ehtiyac olduğu bildirilir. Bu səbəbdən Türkiyənin 64-cü hökumətinin cümə günü açıqlanacağı gözlənilir.
18.11.2015 17:00
Nazarbayev özünə varis tapa bilmir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev etiraf edib ki, indiyədək özünü bu postda əvəz edə biləcək varis tapa bilməyib: “Nə zaman əvəzedici axtarırsan, görürsən ki, ətrafın ayaqlar altındadır”.
18.11.2015 15:08
Pentaqon İŞİD-lə mübarizəyə aviadaşıyıcı göndərir
ABŞ-a məxsus “USS Harry S. Truman” aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizədə iştirak etmək üçün Yaxın Şərqə yollanır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Defence News” nəşri məlumat yayıb.
18.11.2015 14:38
Paris qətliamının təşkilatçısı mühasirədə - ƏMƏLİYYAT DAVAM EDİR
Paris yaxınlığındakı qəsəbə mühasirəyə alınıb

Fransa polisi Parisin şimalındakı Sent Denis qəsəbəsində anti-terror əməliyyatına başlayıb. Lent.az "Reuters"ə istinadən xəbər verir ki, gecə saatlarında bölgədə komendant saatı elan edilib. Sübh saatlarında başlayan geniş miqyaslı əməliyyat hələ də davam edir.
18.11.2015 13:30
Rusiya bütün AES-lərdə gücləndirilmiş təhlükəsizlik rejimi elan etdi
Rusiyada fəaliyyət göstərən bütün Atom Elektrik Stansiyalarında gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edib. QAZİLER.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rosenerqoatom” konserninin mətbuat xidməti məlumat yayıb.
18.11.2015 12:30
Pan Gi Mun gələn həftə Pxenyana səfər edəcək
BMT baş katibi Pan Qi Mun noyabrın 23-də Şimali Koreyanın paytaxtı Pxenyana səfər edəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi məlumat yayıb. Məlumata görə, baş katibin KXDR-ə səfəri bir neçə gün davam edəcək.
18.11.2015 12:02
Əsəd Parisə şərt qoydu
Paris bölgədə apardığı siyasəti dəyişəcəyi təqdirdə, Suriya Fransa ilə kəşfiyyat məlumatlarını bölüşəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd Fransanın “Valeurs Actuelles” nəşrinə müsahibəsində bildirib.
18.11.2015 03:33
FIAT Chrysler Çindəki 42 min 935 avtomobilini geri çağrıb
İtaliyanın FIAT korporasiyasına məxsus olan Chrysler avtomobil konserni Çindəki 42 min 935 avtomobilini geri çağırıb.

AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2012-ci ilin yanvarında və 2013-cü ilin dekabrında istehsal olunan FIAT Viaggio modelidir.
17.11.2015 23:36
Suriyalı qaçqınların ilk dəstəsi Avstraliyaya çatıb
Suriyalı qaçqınlardan ibarət beş nəfərlik ilk qrup Avstraliyanın Pert şəhərinə çatıb. Bu barədə məlumat verən Avstraliyanın sosial xidmət naziri Kristian Porter bildirib ki, onlar hazırda miqrasiya xidməti əməkdaşlarının etibarlı nəzarəti altındadır.
17.11.2015 22:35
Avstraliyada müsəlmanlar partiyası yaradıldı
Virtualaz.org BBC-yə istinadən bildirir ki, yeni birlik “Avstraliya müsəlmanlarının partiyası” adlanır. Sidney sakini olan lideri Dia Mohammedin sözlərinə görə, partiya ölkə senatına seçkilərdə iştirak etməyə hazırlaşır.
17.11.2015 21:55
Misir aeroportunun iki işçisi Rusiya təyyarəsinə görə həbs olundu
Şarm əş-Şeyx aeroportunun iki əməkdaşı Sinay yarımadasında qəzaya uğramış Rusiyanın A321 təyyarəsinin göyərtəsinə partlayıcı qurğu yerləşdirilməsində ittiham olunaraq Misirin xüsusi xidmət dəstəsi tərəfindən həbs edilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ümumilikdə 17 nəfər saxlanılıb ki, onlardan ikisi təyyarənin göyərtəsinə partlayıcı qurğu keçirilməsinə yardım etməkdə ittiham olunur.
17.11.2015 20:55
Rusiya aviaşirkətlərinə xəbərdarlıq: “Azərbaycana uçanda ehtiyatlı olun!“
Rusiya aviaşirkətləri uçuşların potensial olaraq təhlükəsiz olmadığı ölkələrin siyahısını alıblar.

Virtualaz.org saytı xəbər verir ki, ölkənin Mülki Aviasiya Xidmətindən ("Rosaviasiya") daxil olan siyahıda 47 ölkənin adı yer alır. Onların arasında Azərbaycan da var.

Bu xəbərdarlıq Misirin Sina yarımadası üzərində İŞİD tərəfindən partladılan Rusiya sərnişin təyyarəsinə görədir. Şarm-əş-Şeyxdən Peterburqa uçan həmin təyyarəyə Misir aeroportunda partlayıcı qoyulduğu üzə çıxıb.

“İnterfaks”ın məlumatına görə, xəbərdarlıqda deyilir ki, aviaşirkətlər bu ölkələrə uçuşlar təşkil edərkən yüksək təhlükəsizlik tədbirləri görsünlər. Siyahıya daxil olan ölkələrin aeroportlarında su ehtiyatı və quru ərzaq götürməsinlər. Həmçinin aeroportların texniki xidmətləri ilə bağlı ehtiyatlı olsunlar.
17.11.2015 19:52
Rusiya 47 ölkəyə uçuş zamanı təhlükəsizlik tədbirlərini gücləndirəcək
Rusiya aviaşirkətlərinə Azərbaycan da daxil olmaqla, 47 ölkəyə uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tövsiyə verilib.

APA-nın məlumatına görə, bu barədə Rusiyanın “İnterfax” agentliyi yerli aviaşirkətlərindən birinə istinadən xəbər yayıb. Tövsiyədə bildirilir ki, Avstriya, Əlcəzair, Albaniya, Azərbaycan, Əfqanıstan, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İndoneziya, İspaniya, İtaliya, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldova, Myanma, BƏƏ, Pakistan, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı,Suriya, ABŞ, Sudan, Tailand, Tacikistan, Türkmənistan, Türkiyə, Tunis, Fransa, Filippin, Monteneqro, Uqanda, Özbəkistan və Şri-Lanka kimi ölkələrə mütəmadi, tranzit və çarter reysləri zamanı yüksək səviyyədə bütün aviasiya təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir.
17.11.2015 18:52
Asiya və Sakit okean ölkələri xəbər agentlikləri Seul Bəyannaməsini qəbul ediblər
Noyabrın 17-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Asiya və Sakit Okean Ölkələri Xəbər Agentliklərinin (OANA) İcraiyyə Komitəsinin 39-cu iclası işini yekunlaşdırıb.
17.11.2015 18:22
Rusiyanın dövlət orqanları xarici proqram təminatından imtina edir
Rusiyanın baş naziri Dmitri Medvedev dövlət orqanlarını yerli proqram təminatından istifadə etməyə məcbur etmək qərarına gəlib.

İKT.lent.az-ın “Kommersant” nəşrinə istinadən məlumatına görə, baş nazirin imzaladığı qərarla 2016-cı ilin yanvar ayından etibarən Rusiyanın bütün dövlət orqanları ancaq yerli istehsal olan proqram təminatını almalı olacaqlar.
17.11.2015 18:08
Pakistanda Azərbaycandakı seçkilərə həsr olunmuş yazı çıxıb
Pakistanın “Diplomatic Star” jurnalında “İslamabad Münaqişələrin Həlli İnstitutu” düşüncə mərkəzinin icraçı direktoru, tanınmış siyasi ekspert Sabah Aslamın “Azərbaycanda keçirilmiş parlamet seçkiləri və onun regional əhəmiyyəti” başlıqlı analitik məqaləsi çap edilib. Lent.az-ın məlumatına görə, məqalənin giriş hissəsində xalqın iştirakı ilə formalaşdırılmış hakimiyyətin mahiyyəti izah edilib və maksimum siyasi iştirak və rəngarəngliyin demokratik hakimiyyətdə mövcud olduğu qeyd olunub.
17.11.2015 17:52
Rusiya təyyarəsi Misirdə terror aktı nəticəsində partladılıb
Rusiyaya məxsus təyyarənin Misirdə qəzaya uğraması terror aktı nəticəsində baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.
17.11.2015 17:38
Rusiya kəşfiyyatından ETİRAF: Misirdəki təyyarə qəzası terror idi
“Suriyada bizim aviasiyamızın fəaliyyəti nəinki davam etdirilməli, hətta gücləndirilməlidir”

Bakı – APA. Misirin Sinay yarımadası üzərində qəzaya uğrayan, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “A321” sərnişin təyyarəsində partlayıcı qurğu olub.
17.11.2015 16:52
Məşhur otellər şəbəkəsi dünyanın ən böyüyü oldu
Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Marriott International” otellər şəbəkəsi “Starwood” otellərini öz şəbəkəsinə qatıb. ANS PRESS-in məlumatına görə, “Marriott International” “Starwood”u 12 milyard dollara satın alıb. Tərəflər arasında sövdələşmə ötən gün olub. Bununla da “Marriott International” dünyanın ən iri otellər şəbəkəsi ünvanını alıb.
17.11.2015 16:38
ABŞ Gürcüstanı hədələdi
ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli ölkənin "Qazprom" şirkəti ilə danışıqlarına münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, o, Gürcüstanın "Kviris palitra" ("Həftənin palitrası") qəzetinə müsahibə verib. Amerikalı diplomat Rusiya ilə danışıqların Gürcüstana edə biləcəyi təsirlərindən bəhs edib.

"Gürcüstan bundan zərər görməməlidir və imkan verməməlidir ki, hər hansı konkret ölkə Gürcüstanın enerji təhlükəsizliyinə təsir rıçağı əldə etsin", - deyən səfir Yan Kelli Gürcüstanın ölkə müxalifətinin narazılığını nəzərə almalı olduğunu da bildirib.

"Gürcüstan hakimiyyəti enerji mənbələrini şaxələndirmək istəyir. Amma əgər ictimaiyyət və müxalifət narahtdırsa, hakimiyyət "Qazprom" və ya SOCAR-la danışıqların şəffaflığını təmin etməlidir", - deyə o əlavə edib.
17.11.2015 16:08
Avropada müsəlmanlarla bağlı ŞOK QƏRAR
Parisdə baş verən terror hadisələrindən sonra müsəlmanların Avropada vəziyyəti bir az da çətinləşib. ANS PRESS-in məlumatına görə, artıq bunun ilk əlamətləri də görünməyə başlayıb. Müsəlmanlarla bağlı ilk addımı Slovakiya atıb.
17.11.2015 16:00
İŞİD yenə hədələdi
İŞİD terror qruplaşması Amerika Birləşmiş Ştatlarını (ABŞ) hədələyib. ANS PRESS-in məlumatına görə, İraqın paytaxtı Bağdaddan yayımlanan kadrlarda silahılılar Vaşinqtona zərbə endirəcəklərinə dair xəbərdarlıq ediblər. Silahlılar bildiriblər ki, onlar Fransanın paytaxtı Parisdə törətdikləri hücumları Amerikada da təkrarlayacaqlar. Silahlılar İŞİD-ə qarşı keçirilən hava əməliyyatlarını Səlib yürüşləri ilə müqayisə ediblər. Qruplaşma üzvlərinin sözlərinə görə, İŞİD-ə qarşı əməliyyatlara qoşulan bütün ölkələr onların hədəfindədir. Silahlılar hücumların sayını artıracaqlarını və anti-İŞİD koalisiyası ölkələrində Fransa ab-havası yaşadacaqlarını qeyd ediblər.
17.11.2015 15:38
İŞİD-i maliyyələşdirənlər arasında -G-20- üzvləri də var-VİDEO
Türkiyənin Antalya şəhərində keçirilən G-20 sammitinin iştirakçılarının əsas müzakirə mövzusu İŞİD-lə və mübarizə olub.

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obama Fransa paytaxtında baş verən hadisələri misal gətirərək, bu istiqamətdə səyləri gücləndirməyin və birləşdirməyin vaxtının çatdığını qeyd edib: "Paris bu faciə qarşısında özünü zəif və yalnız hiss etməməlidir. Həmçinin Beyrutda, Ankarada, İraqın şəhərlərində baş verənlər artıq 20-lik ölkələrini birgə hərəkətə keçirməlidir".
17.11.2015 15:22
Rusiya “Microsoft Office”in alternativini yaradır
Rusiyalı tərtibatçılar “Microsoft Office”in yerli analoqunu təqdim ediblər.

İKT.lent.az-ın “izvestia.ru” saytına istinadən verdiyi məlumata görə, ilk olaraq “Moy ofis”i (“Mənim ofisim”) rusiyalı məmurlar və məktəblilər sınaqdan keçirəcək.

Proqramın tərtibatı ilə “Yeni bulud texnologiyaları” şirkəti məşğul olub. Qeyd edilib ki, proqram təminatı tam olaraq sıfırdan yığılıb.
17.11.2015 15:15
Səfir: “Azərbaycan və ABŞ terrorçuluğa qarşı birlikdə mübarizə aparır”
“ABŞ-ın Fransa və digər ölkələrlə terrorizmə qarşı birgə mübarizə aparmaq təcrübəsi var”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Onun sözlərinə görə, BMT Baş Assambleyasının sentyabrda keçirilən iclası çərçivəsində ABŞ prezidenti Barak Obama zorakılıq və ekstremizmə qarşı mübarizəyə dair tədbir təşkil edib: "Azərbaycan və ABŞ terrorçuluğa qarşı birlikdə mübarizə aparır. Bu sahədə əməkdaşlıq uğurla davam etdirilir.
17.11.2015 15:08
Brüsseldə əməliyyatlar başladı: “ərəb məhəlləsi“ndə atışmalar gedir -VİDEO
Belçika paytaxtında Paris hadisələrindən sonra antiterror əməliyyatlarına start verilib.

APA TV-nin "Rossiya 24" telekanalına istinadən xəbərinə görə, Molenbekdə Şimali Afrika ölkələrindən olan sakinlərin yerləşdiyi ərazidə atışmalar baş verib.
17.11.2015 14:52
İran səfiri: “O verilişdəki yumor və sözlər xoş deyildi“
“İran televiziyasında efirə gedən verilişdə hazırlanan yumor və deyilən sözlər xoş deyildi".

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran televiziyasında efirə gedən verilişdə azərbaycanlıların təhqir olunması və İrandakı azərbaycanlıların buna etirazına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, qəsdən edilməyi, "Fitilə" proqramında səhvə yol verilib: "Bu proqram 10 ildir, nümayiş olunur, yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulub. Veriliş heç bir halda İranda yaşayan etniklərə, o cümlədən azərbaycanlılara hörmətsizlik etmək fikrində olmayıb. Hətta proqramı hazırlayan və efirə verən də Azərbaycan dillidir. Verilişdən sonra o, İran televiziyasında Azərbaycan dilində çıxış edərək azərbaycanlılardan üzr istəyib. İranın radio və televiziya təşkilatının sədri də bu hadisəyə görə üzrxahlıq edib. Televiziyada olan digər məsul şəxslər üzr istəyərək bildiriblər ki, bu, qəsdən edilməyib, səhvən olub. Bu hadisə başqa ölkədə də baş verə bilər. Təəssüfləndirici hal bundan ibarətdir ki, üçüncü qüvvələrə bağlı olan qruplar bu hadisədən istifadə edib iki ölkə arasındakı münasibətləri korlamağa çalışdı və separatçı şüarlar səsləndirdi. Hətta bu gün də 30 nəfərlik kiçik qrup səfirliyin qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi, separatçı şüarlar dilə gətirdi. İran azərbaycanlılarının sayı 30 milyondan çoxdur. Onlar da bu verilişə görə narahatlıqlarını bildirdilər.
17.11.2015 14:38
PKK Türkiyənin 5 vilayətində vuruldu: 13 terrorçu məhv edildi-VİDEO
Türkiyədə terrorçulara qarşı həyata keçirilən əməliyyatlarda 13 PKK-çı öldürülüb.

APA TV-nin xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı son 24 saat ərzində ölkədə həyata keçirilən hava hücumlarının nəticəsi barədə məlumat yayıb.
17.11.2015 13:29
Terror aktları qurbanlarının sayı 80 faiz artıb - HESABAT
2014-cü ildə terror aktları qurbanlarının sayı 2013-cü illə müqayisədə 80 faiz artıb.

APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) Qlobal Terrorism İndeksi adlı hesabatında deyilir.
17.11.2015 13:00
ABŞ suriyalı qaçqınlardan imtina etdi
ABŞ-ın 11 ştatı suriyalı qaçqınları qəbul etməkdən imtina edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Texas, Miçiqan, Florida, İllinoys, Şimali Karolina, Luiziana, İndiana, Arkanzas, Arizona, Alabama və Massaçusets ştatları bəyan edib.
17.11.2015 12:00
Belçikada terror həyacanı
Belçika hökuməti bütün ölkə ərazisində təhlükə səviyyəsini 3-cü dərəcəyə qaldırıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə 4 ballıq şkala ilə 3-cü dərəcəli təhlükəlilik səviyyəsi elan edilib.
17.11.2015 01:32
Onlar İŞİD-ə müharibə elan etdi - VİDEO
“Anonim” haker qrupu video yayaraq, Parisdə 132 nəfərin ölümünə səbəb olan teraktdan sonra İŞİD terror təşkilatına müharibə elan etdiyini bildirib.

Axar.az xəbər verir ki, videoda “Anonim” üzvlərinin ənənəvi maskasını (“V for Vendetta”) taxan hakerin fransızca bu sözləri dediyi eşidilir:
17.11.2015 01:04
Saakaşvili fransız bayrağına bürünənlərə qarşı çıxdı
Ukraynalılar sosial şəbəkələrdəki profillərində Fransa bayraqlarını Ukrayna bayrağı ilə əvəz etməlidirlər.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Odessa qubernatoru Mixail Saakaşvili paylaşıb. Onun sözlərinə görə, Ukrayna hər gün cəbhədə övlad itirir:
17.11.2015 00:35
Obama Ərdoğanla razılaşdı: Əsəd gedir
Türkiyə Prezidenti Tayyib Ərdoğanla amerikalı həmkarı Barak Obama arasında Əsədin getməsi ilə bağlı razılıq əldə olunub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
16.11.2015 23:34
İranda itən azərbaycanlı ailəsinə zəng etdi
Dörd gün əvvəl Təbrizdə itən azərbaycanlı fəal İranın xüsusi xidmət orqanı ETTELAAT ın təcridxanasından ailəsinə zəng vurub.

ANS PRESS-in məlumatına görə, Rəsul Rəzəvi noyabrın 12-si müəmmalı şəkildə Təbrizdə yoxa çıxmışdı. Qohumları onun axtarışına çıxsalar da heç bir nəticə əldə edə bilməmişdilər.
16.11.2015 22:50
Prezident: “Dişləyəcəm“
Türkiyənin Antalya şəhərində keçirilən “G-20 liderlərinin zirvə toplantısı cixxi müzakirələtdən başqa maraqlı anlarla da yadda qalıb. Belə maraqlı dialoqlardan biri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla jurnalistlər arasında olub.
16.11.2015 22:35
İstanbulda antiterror əməliyyatı: 211 ədəd “Molotov kokteyli“ ələ keçirildi
İstanbulda PKK terror təşkilatı və onun YDG/H gənclik qolunun üzvlərinə qarşı əməliyyat keçirilib.

Salamnews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, antiterror əməliyyatı çərçivəsində şəhərin Sultanqazi, Sancaktepe, Küçükçekmece və Qaziosmanpaşa rayonlarında bəzi ünvanlarda axtarış keçirilib.
Məlumatların sayı: 16094


Digər səhifələr:
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 - 16 - 17 - 18 - 19 - 20 - 21 - 22 - 23 - 24 - 25 - 26 - 27 - 28 - 29 - 30 - 31 - 32 - 33 - 34 - 35 - 36 - 37 - 38 - 39 - 40 - 41 - 42 - 43 - 44 - 45 - 46 - 47 - 48 - 49 - 50 - 51 - 52 - 53 - 54 - 55 - 56 - 57 - 58 - 59 - 60 - 61 - 62 - 63 - 64 - 65 - 66 - 67 - 68 - 69 - 70 - 71 - 72 - 73 - 74 - 75 - 76 - 77 - 78 - 79 - 80 - 81 - 82 - 83 - 84 - 85 - 86 - 87 - 88 - 89 - 90 - 91 - 92 - 93 - 94 - 95 - 96 - 97 - 98 - 99 - 100 - 101 - 102 - 103 - 104 - 105 - 106 - 107 - 108 - 109 - 110 - 111 - 112 - 113 - 114 - 115 - 116 - 117 - 118 - 119 - 120 - 121 - 122 - 123 - 124 - 125 - 126 - 127 - 128 - 129 - 130 - 131 - 132 - 133 - 134 - 135 - 136 - 137 - 138 - 139 - 140 - 141 - 142 - 143 - 144 - 145 - 146 - 147 - 148 - 149 - 150 - 151 - 152 - 153 - 154 - 155 - 156 - 157 - 158 - 159 - 160 - 161 - 162 - 163 - 164 - 165 - 166 - 167 - 168 - 169 - 170 - 171 - 172 - 173 - 174 - 175 - 176 - 177 - 178 - 179 - 180 - 181 - 182 - 183 - 184 - 185 - 186 - 187 - 188 - 189 - 190 - 191 - 192 - 193 - 194 - 195 - 196 - 197 - 198 - 199 - 200 - 201 - 202 - 203 - 204 - 205 - 206 - 207 - 208 - 209 - 210 - 211 - 212 - 213 - 214 - 215 - 216 - 217 - 218 - 219 - 220 - 221 - 222 - 223 - 224 - 225 - 226 - 227 - 228 - 229 - 230 - 231 - 232 - 233 - 234 - 235 - 236 - 237 - 238 - 239 - 240 - 241 - 242 - 243 - 244 - 245 - 246 - 247 - 248 - 249 - 250 - 251 - 252 - 253 - 254 - 255 - 256 - 257 - 258 - 259 - 260 - 261 - 262 - 263 - 264 - 265 - 266 - 267 - 268 - 269 - 270 - 271 - 272 - 273 - 274 - 275 - 276 - 277 - 278 - 279 - 280 - 281 - 282 - 283 - 284 - 285 - 286 - 287 - 288 - 289 - 290 - 291 - 292 - 293 - 294 - 295 - 296 - 297 - 298 - 299 - 300 - 301 - 302 - 303 - 304 - 305 - 306 - 307 - 308 - 309 - 310 - 311 - 312 - 313 - 314 - 315 - 316 - 317 - 318 - 319 - 320 - 321 - 322 - 323 - 324 - 325 - 326 - 327 - 328 - 329 - 330 - 331 - 332 - 333 - 334 - 335 - 336 - 337 - 338 - 339 - 340 - 341 - 342 - 343 - 344 - 345 - 346 - 347 - 348 - 349 - 350 - 351 - 352 - 353 - 354 - 355 - 356 - 357 - 358 - 359 - 360 - 361 - 362 - 363 - 364 - 365 - 366 - 367 - 368 - 369 - 370 - 371 - 372 - 373 - 374 - 375 - 376 - 377 - 378 - 379 - 380 - 381 - 382 - 383 - 384 - 385 - 386 - 387 - 388 - 389 - 390 - 391 - 392 - 393 - 394 - 395 - 396 - 397 - 398 - 399 - 400 - 401 - 402 - 403