Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular
"Dünya" rubrikasının yazıları
17.12.2015 14:30
Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir
Kuba və ABŞ arasında müntəzəm hava əlaqəsi bərpa olunacaq.

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq razılıq dekabrın 16-da Vaşinqtonda əldə edilib.

Razılaşma hər iki ölkənin aviaşirkətlərinə hava əlaqəsinin bərpasına dair danışıqlara başlamağa imkan verəcək. Məlumata görə, bu proses bir neçə ay çəkə bilər.
17.12.2015 13:30
Neft ucuzlaşdı
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar azalaraq 35,43 dollar təşkil edib.
17.12.2015 13:00
Paraqvayda daşqınlar: 50 min nəfər evakuasiya olundu
Paraqvayın paytaxtı Asunson şəhərində daşqınlar nəticəsində 50 min nəfər evakuasiya olunub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin bir sıra ərazilərində fövqəladə vəziyyət tətbiq edilib.
17.12.2015 03:51
ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırıb

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini baza faiz dərəcəsini illik 0–0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb.
17.12.2015 03:00
Dünyanın ən bahalı evi satıldı - FOTO

Dünyanın ən bahalı malikanəsi 275 milyon avroya satılıb.
17.12.2015 02:17
“Türkiyə ilə qüvvədə olan müqavilələrin hamısı icra olunacaq”

Türkiyə ilə qüvvədə olan müqavilələrin hamısı tam şəkildə icra olunacaq.
16.12.2015 22:12
Türkiyə İsraildən qaz alaraq Rusiyadan asılılığını azaltmaq fikrindədir

Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması Ankaraya Rusiyadan enerji asılılığını azaltmaq üçün bu ölkədən təbii qaz almağa imkan verəcək.
16.12.2015 21:30
“Palmali“ yeni iri tankerini istismara verdi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali" Şirkətlər Qrupu öz tərsanəsində inşa etdiyi ikinci “Armadi Pride” tankerini istismara verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Armadi Pride”-dan sonra daha 2 nəhəng tankerin suya enişi planlaşdırılır.
16.12.2015 21:22
İtaliya da Mosula əsgər göndərəcək
İtaliyanın baş naziri Matteo Renzi İŞİD təhdidi altındakı Mosul sərhədinin bərpa layihəsi ilə bağlı tenderi bir İtaliyan şirkətinin qazandığını bildirərək, ərazinin qorunması üçün Mosula 450 əsgər göndərəcəyini açıqlayıb.
16.12.2015 21:08
İŞİD indi də saxta pul buraxmağa başladı
İŞİD terror təşkilatı nəzarət etdiyi ərazilərdə saxta xarici valyutanın gizli istehsalına başlayıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, terror təşkilatı saxta pulları qonşu ölkələrə və xaricə çıxaracaq.
16.12.2015 20:45
“Ermənilər üç ay ərzində Fərqanədə 35 000 dinc özbək öldürüblər“ - Özbək tarixçi dəhşətli faktlar açıqlayıb
Ölkə.az saytı yenicə işıq üzü görmüş "Türküstan və Cənubi Qafqaz XIX - XX əsrlər. Daşnaklar -Qarabağdan Fərqanəyə qədər" kitabının müəllifi, özbək alimi, tarixçi Şöhrət Barlasla eksklüziv müsahibəni oxucularına təqdim edir:
16.12.2015 20:22
Türkiyə Rusiyanı ən ağır yerindən vurdu
Ukrayna və Türkiyə azad ticarət zonası yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Nataliya Mikolskaya öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, hər iki tərəf gələn ilin əvvəlində bununla bağlı yenidən danışıqlara başlayacaqlar.
16.12.2015 20:08
Bağdad bir daha tələb etdi: “Geri çəkilin”
Bağdad rəhbərliyi İraqın Beşika bölgəsindəki Türkiyə hərbçilərinin bir hissəsinin deyil, hamısının ölkəni tərk etməsini tələb edib.

Axar.az xəbər verir ki, İraq Nazirlər Kabineti bu barədə rəsmi Ankaraya müraciət etdiyini açıqlayıb.
16.12.2015 19:15
Almaniya Suriyada İŞİD-ə qarşı əməliyyatlara qoşulur -VİDEO
Almaniya İŞİD-ə qarşı mübarizə aparan antierror koalisiyasına qoşulub. APA TV-nin Almaniya mətbuatına istinadən xəbərinə görə, bu barədə ilkin məlumat əməliyyata rəhbərlik edən komandanlıqdan verilib.
16.12.2015 19:08
Fransa İŞİD-i bu raketlərlə vurdu
Fransa İraqda İŞİD terror təşkilatına qarşı əməliyyatlarda ilk dəfə qanadlı raketlərdən istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
16.12.2015 18:15
İslam koalisiyası Suriyaya xüsusi təyinatlılar göndərir
İslam koalisiyası İŞİD-lə mübarizə üçün Suriyaya xüsusi təyinatlı dəstələr göndərmək imkanlarını müzakirə edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cubeyr söyləyib. Onun sözlərinə görə, müzakirələri hələlik Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyn aparır.
16.12.2015 16:38
Kim Çen İndən keşişə ağır cəza
Kanadalı keşiş Lim Hen Suya Şimali Koreya Ali Məhkəməsi tərəfindən hökm oxunub.

Axar.az “NBC Nyus”a istinadən xəbər verir ki, ölkə lideri Kim Çen İnin həyatına sui-qəsd hazırlamaqda ittiham olunan keşiş ömürlük həbs cəzasına məhkum edilib.
16.12.2015 16:15
Ankaradan cavab: 27 rus gəmisi saxlanıldı
Rusiyanın türk bayrağı ilə üzən 8 gəmini Qara dənizdəki limanlarda saxlaması Türkiyəni də hərəkətə keçirib.

Teleqraf.com xəbər verir ki, Ankara da oxşar addım ataraq, Rusiyaya məxsus 27 gəminin hərəkətini dayandırıb.
16.12.2015 14:45
İtaliya Rusiyaya qarşı sanksiyaların əleyhinədir
İtaliya Almaniyanın “Şimal axını-2” qaz borusuna dair mövqeyinə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarının daha yarım il avtomatik uzadılmasının əleyhinə çıxış edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Financial Times”a Aİ rəhbərliyinə yaxın olan mənbə bildirib.
16.12.2015 14:38
Nobel mükafatı Atatürkə hədiyyə edildi -VIDEO
Kimya üzrə Nobel mükafatının sahibi, türkiyəli alim Əziz Sancar öz mükafatını Atatürkün xatirə muzeyinə hədiyyə edib.

APA TV-nin məlumatına görə, ötən gün Əziz Sancar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akarla görüşərək, aldığı Nobel mükafatının sertifikatını və medalı ona təqdim edib.
16.12.2015 14:08
Kerri: “Hamı öhdəliklərini yerinə yetirməlidir“
Ukraynada münaqişə tərəflərinin hamısı Minsk sazişinin icra olunmasına görə məsuliyyət daşıyırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri bildirib.
16.12.2015 13:30
Klinton amerikalı müsəlmanları dəstəklədi
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton ölkə ərazisində terrorçularla mübarizə planını təqdim edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, San Bernardinoda bir neçə gün əvvəl 14 nəfərin ölümü ilə nəticələnən terror aktını xatırladaraq hakimiyyətin yeni terror aktlarına hazır olmasının və sosial şəbəkələrdə potensial ekstremistlərin vaxtında aşkarlanmasının vacibliyini qeyd edib.
16.12.2015 02:23
Nobel mükafatı Atatürkə verildi - FOTO

Əziz Sancar medalı və sertifikatı 19 may tarixində Atatürk muzeyinə təhvil veriləcək.
16.12.2015 01:40
İran və Türkiyə arasında şok QALMAQL - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidentinin müavini İshaq Cahangiri arasında Türkmənistanda keçirilən ikitərəfli görüş zamanı İran bayrağının qoyulmaması və hər iki rəsmi şəxsin əyləşdiyi stullar arasındakı fərq qalmaqala səbəb olub.
15.12.2015 22:00
NATO-dan kritik Türkiyə qərarı
İspaniyaya məxsus “Patriot” sistemləri daha bir il Türkiyənin hava məkanını qoruyacaq.

Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.

O, vaxtın uzadılmasının Türkiyənin tələbi ilə edildiyini bildirib. “Patriot” sistemi yeni qərarla 2017-ci ilin yanvarına qədər Türkiyədə qalacaq.
15.12.2015 21:30
Kemeron İlham Əliyevə məktub yazdı
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron Azərbaycan prezidentinə başsağlığı məktubu göndərib.

Axar.az xəbər verir ki, məktubda deyilir:
15.12.2015 21:00
“Bloomberg”: “Apple” Tayvan adasında məxfi laboratoriya açıb
ABŞ-ın “Apple” korporasiyası Tayvan adasının şimalında yerləşən Lonqtan şəhərində müasir displeylərin tərtibatı ilə məşğul olacaq məxfi laboratoriya yaradıb.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən xəbərinə görə, ABŞ-ın “Bloomberg” informasiya agentliyi bu barədə məlumat yayıb.

Mütəxəssislər əmindir ki, şirkət “Samsung” və “Sharp”dan ekran almaqdan imtina etməyi planlaşdırır.
15.12.2015 20:45
Rusiya Türkiyə səmasında müşahidə uçuşlarına başladı
Rusiya açıq havasahəsi anlaşması çərçivəsində Türkiyə səmasında müşahidə uçuşlarına başlayıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Rusiya tərəfi müşahidə uçuşunu “An-30B” təyyarəsi ilə həyata keçirir. Təyyarə Ərzurumdan havaya qalxır və Türkiyə tərəfinin müəyyən etdiyi marşrut üzrə hərəkət edir. Proses dekabrın 18-də yekunlaşacaq.
15.12.2015 20:22
“ABŞ son 20 ilin ən böyük səhvini etdi“
SSRİ-nin dağılmasından sonra ABŞ Rusiya və müttəfiqlərini düşmən olaraq gördü. Bu, son 20 ilin ən böyük geopolitik səhvi idi.

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın “II Qironale” qəzeti yazıb.
15.12.2015 20:08
Qatar Rusiya və Polşanı bir-birinə vurdu
II Dünya Müharibəsi illərində Polşanın Krakov şəhərində itən və içində milyonlarla dollar dəyərində qızıl olduğu iddia edilən Faşist Almaniyasına aid qatarla bağlı açıqlama veriləcək.
15.12.2015 20:00
Qara siyahımızda olan məşhur müğənni həbs edildi
İspaniyanın tanınmış opera müğənnisi Monserrat Kabalye həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İspaniya mətbuatı yayıb. Mətbuat 82 yaşlı Kabalyenin 255 min avro məbləğində cərimələndiyini bildirib. Barselona məhkəməsi həmçinin müğənnini altı ay həbs cəzasına məhkum edib.
15.12.2015 18:22
İraqdan Türkiyəyə unikal təzyiq forması
İraq parlamentində PKK-nın terrorla mübarizə aparan təşkilat kimi rəsmi şəkildə tanınması istənilib.

Axar.az xəbər verir ki, bu tələbi parlamentdə Kürdüstan Vətənpərvərlər Birliyi və “Goran” hərəkatı səsləndirib. Siyasi təşkilatlar buna səbəb kimi PKK-nın İŞİD-lə mübarizə apardığını göstəriblər.
15.12.2015 17:22
Davudoğlu: “Türkiyə məcbur olarsa...”
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Mosulda hərbçilərin azaldılmasına növbəti dəfə münasibət bildirib.

Axar.az xəbər verir ki, baş nazir ölkəsinin İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bir daha xatırladıb.
15.12.2015 17:08
Rusiyaya şok: dollar 168 rubl ola bilər
ABŞ-ın “Bank of America Merrill Lynch” (BofA) investisiya bankının ekspertlərinə görə, 1 dollar 168 rubl ola bilər.

Axar.az xəbər verir ki, ekspertlər böhran şəraitində Rusiya hökumətinin büdcə kəsirini azaltmaq üçün yerli valyutanın kəskin şəkildə ucuzlaşmasına gedəcəyini bildirirlər.
15.12.2015 17:00
Uzaq Şərq qaynayır: ABŞ Çini daxildən vurur
Bu həftənin sonu ABŞ Tayvana iki “Çenq Kunq” tipli raket freqatı sata bilər.

Axar.az xəbər verir ki, satılacaq hərbi gəmilərin dəyərinin 176 milyon dollar olacağını bildirir. Tərəflər arasında olan razılaşmaya əsasən Tayvan tələbat yaranacağı təqdirdə ABŞ-dan daha iki belə gəmi alacaq.
15.12.2015 16:45
Şimali Qafqazda 156 yaraqlı məhv edilib
2015-ci ildə Şimali Qafqazda 156 yaraqlı, o cümlədən 36 nəfər dəstə başçısı məhv edilib.

APA-nın məlumatına görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Bortnikov Milli Antiterror Komitəsinin iclasında bəyan edib.
15.12.2015 16:38
Bu gün Beynəlxalq Çay Günüdür
Beynəlxalq Çay gününün qeyd edilməsinə ilk dəfə 2005-ci ildə qərar verilib.

Lent.az-ın məlumatına görə, Banqladeş, Şri Lanka, Nepal, Vyetnam, İndoneziya, Kenya, Malayziya, Hindistan kimi çay istehsalı ilə məşğul olan ölkələrdə Beynəlxalq Çay Günü hökumətin və sakinlərin qlobal çay ticarətinə diqqətini çəkmək üçün keçirilir.
15.12.2015 15:45
Türkiyədə keçmiş deputat həbs edildi
Türkiyədə Fətullah Gülən terror təşkilatına üzv olmaqda təqsirli bilinən keçmiş deputat həbs edilib. Lent.az “Cihan” xəbər agentliyinə istinadən məlumat verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş deputatlarından olan İlhan İşbilənin də daxil olduğu 4 nəfər dünən Ankara məhkəməsinə gətirilib. Növbətçi hakimin sədrlik etdiyi məhkəmə onların hamısının həbs edilməsinə qərar verib.
15.12.2015 15:00
Ukrayna prezidentinin mətbuat katibi rüsvayçılıqdan danışdı
Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko Milli İslahat Şurasının iclasında baş verən qalmaqala münasibət bildirib.

APA-nın xəbərinə görə, bu barədə UNN agentliyi məlumat yayıb.

“Görürəm ki, Arsen Avakov və Mixail Saakaşvili Milli İslahat Şurasında baş verənlərin video görüntülərin mediada yayılmasını istəyirlər. Lakin bu cür çəkişmələr ölkəni rüsvay edir”, deyə S.Tseqolko bildirib.
15.12.2015 14:52
Terrorizmə qarşı İslam koalisiyası yaradıldı
Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “ArabiaTV” telekanalı xəbər verib.
Məlumatların sayı: 16093


Digər səhifələr:
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 - 16 - 17 - 18 - 19 - 20 - 21 - 22 - 23 - 24 - 25 - 26 - 27 - 28 - 29 - 30 - 31 - 32 - 33 - 34 - 35 - 36 - 37 - 38 - 39 - 40 - 41 - 42 - 43 - 44 - 45 - 46 - 47 - 48 - 49 - 50 - 51 - 52 - 53 - 54 - 55 - 56 - 57 - 58 - 59 - 60 - 61 - 62 - 63 - 64 - 65 - 66 - 67 - 68 - 69 - 70 - 71 - 72 - 73 - 74 - 75 - 76 - 77 - 78 - 79 - 80 - 81 - 82 - 83 - 84 - 85 - 86 - 87 - 88 - 89 - 90 - 91 - 92 - 93 - 94 - 95 - 96 - 97 - 98 - 99 - 100 - 101 - 102 - 103 - 104 - 105 - 106 - 107 - 108 - 109 - 110 - 111 - 112 - 113 - 114 - 115 - 116 - 117 - 118 - 119 - 120 - 121 - 122 - 123 - 124 - 125 - 126 - 127 - 128 - 129 - 130 - 131 - 132 - 133 - 134 - 135 - 136 - 137 - 138 - 139 - 140 - 141 - 142 - 143 - 144 - 145 - 146 - 147 - 148 - 149 - 150 - 151 - 152 - 153 - 154 - 155 - 156 - 157 - 158 - 159 - 160 - 161 - 162 - 163 - 164 - 165 - 166 - 167 - 168 - 169 - 170 - 171 - 172 - 173 - 174 - 175 - 176 - 177 - 178 - 179 - 180 - 181 - 182 - 183 - 184 - 185 - 186 - 187 - 188 - 189 - 190 - 191 - 192 - 193 - 194 - 195 - 196 - 197 - 198 - 199 - 200 - 201 - 202 - 203 - 204 - 205 - 206 - 207 - 208 - 209 - 210 - 211 - 212 - 213 - 214 - 215 - 216 - 217 - 218 - 219 - 220 - 221 - 222 - 223 - 224 - 225 - 226 - 227 - 228 - 229 - 230 - 231 - 232 - 233 - 234 - 235 - 236 - 237 - 238 - 239 - 240 - 241 - 242 - 243 - 244 - 245 - 246 - 247 - 248 - 249 - 250 - 251 - 252 - 253 - 254 - 255 - 256 - 257 - 258 - 259 - 260 - 261 - 262 - 263 - 264 - 265 - 266 - 267 - 268 - 269 - 270 - 271 - 272 - 273 - 274 - 275 - 276 - 277 - 278 - 279 - 280 - 281 - 282 - 283 - 284 - 285 - 286 - 287 - 288 - 289 - 290 - 291 - 292 - 293 - 294 - 295 - 296 - 297 - 298 - 299 - 300 - 301 - 302 - 303 - 304 - 305 - 306 - 307 - 308 - 309 - 310 - 311 - 312 - 313 - 314 - 315 - 316 - 317 - 318 - 319 - 320 - 321 - 322 - 323 - 324 - 325 - 326 - 327 - 328 - 329 - 330 - 331 - 332 - 333 - 334 - 335 - 336 - 337 - 338 - 339 - 340 - 341 - 342 - 343 - 344 - 345 - 346 - 347 - 348 - 349 - 350 - 351 - 352 - 353 - 354 - 355 - 356 - 357 - 358 - 359 - 360 - 361 - 362 - 363 - 364 - 365 - 366 - 367 - 368 - 369 - 370 - 371 - 372 - 373 - 374 - 375 - 376 - 377 - 378 - 379 - 380 - 381 - 382 - 383 - 384 - 385 - 386 - 387 - 388 - 389 - 390 - 391 - 392 - 393 - 394 - 395 - 396 - 397 - 398 - 399 - 400 - 401 - 402 - 403