İngiltərədə ev pişiklərinin mikroçip taxılması məcburi oldu

İngiltərədə ev pişiklərinin mikroçip taxılması məcburi oldu backend

Böyük Britaniyada ev pişiklərinin mikroçiplənməsi və onların sahibinin əlaqə məlumatlarının  bazada qeyd edilməsi məcburi hala salınıb.

Qaziler.az TRT_Haber-ə istinadən bildirir ki, İngiltərədə əlaqədar nazirlikdən verilən açıqlamada, yeni qanunvericiliyə uyğun olaraq, sahiblərinin pişiklərinə 20 həftəlik olmamışdan əvvəl mikroçip taxmaları və əlaqə məlumatlarını onları mikroçip verilənlər bazasında aktual saxlamaları tələb edildiyi bildirilib.

Açıqlamada ölkədə 9 milyondan çox ev pişiyi olduğu və məcburi mikroçip tətbiqinin itirilmiş və ya sahibsiz pişiklərin sahiblərinə qovuşmasını və təhlükəsiz şəkildə evlərinə qaytarılmasını asanlaşdıracağı qeyd edilib.

Açıqlamada mikroçipin itlər üçün artıq məcburi olduğu vurğulanıb və bunun itmiş ev heyvanlarının aşkarlanmasında ən təsirli üsul olduğu vurğulanıb.

Mikroçipli itlərin sahiblərinə qovuşma ehtimalının iki dəfə çox olduğu və bu prosesin adətən ev heyvanının dərisinin altına düyü dənəsi böyüklüyündə bir çipin yerləşdirilməsi ilə bağlı olduğu bildirilib.

QAZİLER.AZ

Diaspora