Putin Moskvada səfərdə olan Bəhreyn kralına hədiyyə verdi

Putin Moskvada səfərdə olan Bəhreyn kralına hədiyyə verdi backend

Rusiya prezidenti Vladimir Putin Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifəyə Rusiyanın “Arus” markalı avtomobilinin uzun variantını hədiyyə edib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. Qeyd edilib ki, hazırda kral Moskvada rəsmi səfərdədir və o, Kremldə Putinlə danışıqlar aparıb.

“Əlbəttə, tərəflər hədiyyələr mübadiləsi aparıblar. Deyə bilərəm ki, “Aurus” avtomobilinin uzun versiyası da daxil olmaqla...” - Uşakov bildirib.

Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Bəhreyn kralı Putinə Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı heç bir təklif çatdırmayıb. Onun sözlərinə görə, Putinlə Əl-Xəlifə arasında keçirilən görüşdə beynəlxalq məsələlərlə bağlı baxışların oxşarlığı qeyd edilib.

QAZİLER.AZ

Diaspora