Kadırovun nazir oğlu "Axmat" FK-ya başçılıq edəcək

Kadırovun nazir oğlu "Axmat" FK-ya başçılıq edəcək backend

Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman naziri Axmat Kadırov “Axmat” Futbol Klubunun yeni prezidenti seçilib.

Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.

FK əlavə edib ki, Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman nazirinin birinci müavini Umar Daudov isə vitse-prezident təyin edilib.

“Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman naziri Axmat Kadırov “Axmat” futbol klubunun yeni prezidenti təyin edilib. Əminik ki, Axmat Ramzanoviçin rəhbərliyi altında komandanı yeni nailiyyətlər, qələbələr və yaxşı nəticələr gözləyəcək”, - məlumatda deyilir.

Ötən gün Çeçenistan rəhbəri Ramzan Kadırov oğlunun bölgənin Bədən Tərbiyəsi və İdman Naziri vəzifəsinə təyin olunduğunu elan edib. Sabiq nazir İsa İbrahimov bundan sonra administrasiya rəhbərinin müavini olacaq.

QAZİLER.AZ

Diaspora