“Apple” telefonlarını Çində böyük endirimlərlə satır

“Apple” telefonlarını Çində böyük endirimlərlə satır backend

Amerikanın texnologiya nəhəngi “Apple” rəsmi elektron ticarət platforması “Tmall”da Çində seçilmiş “iPhone” modellərinə 2300 yuana (318 dollar) qədər endirim kampaniyasına başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verir.

Qeyd olunur ki, “Apple” şirkəti “Huawei” kimi yerli istehsalçıların artan rəqabəti ilə üzləşdiyi yüksək səviyyəli smartfon bazarında öz mövqeyini qorumağa çalışır.

Kampaniya mayın 20-dən 28-dək davam edəcək və “Apple”ın fevral ayında keçirdiyi əvvəlki kampaniyadan xeyli uzun müddət davam edəcək.

Fevral ayındakı kampaniyada ən yüksək endirim 1150 yuan idisə, bu dəfə endirimlər 2300 yuana çatır. Ən böyük endirim 1 TB “iPhone 15 Pro Max” modelinə aiddir, digər modellərə isə daha az endirim edilir, lakin qiymətləri yenə də əhəmiyyətli dərəcədə aşağı salınır. Belə ki, əsas “iPhone 15” modelinin 128 GB-lıq versiyasında 1400 yuan (193 dollar) endirim var.

QAZİLER.AZ

Diaspora