Finlandiya Rusiya ilə sərhədin qismən açılmasına icazə verdi

Finlandiya Rusiya ilə sərhədin qismən açılmasına icazə verdi backend

Finlandiyanın baş naziri bildirib ki, sığınacaq axtaranların Rusiyaya geri deportasiyasına icazə verən qanun layihəsi qəbul olunarsa, Rusiya Federasiyası ilə sərhəd “ehtiyatla” açıla bilər.

Qaziler.az bildirir ki, bu barədə delfi yazıb. 

Bildirilib ki, Finlandiya hökuməti üçüncü ölkə vətəndaşlarına birbaşa sərhəddə sığınacaq verilməsindən imtina etməyə və Rusiyaya geri deportasiya etməyə imkan verəcək  qanun layihəsi qəbul edilərsə, Rusiya Federasiyası ilə sərhədi qismən aça bilər.

Finlandiyanın baş naziri Petteri Orpo bazar günü, mayın 19-da "Yle Areena"ya müsahibəsində belə deyib.

“Qanun qəbul ediləndən sonra sərhədi ehtiyatla açmağa çalışacağıq. O, bizim arsenalımızda olanda, sonra düşünüb müzakirə edərək sərhəddən hərəkəti açmağa cəhd etmək olar", - finlandiyalı nazir vurğulayıb.

Orpo əvvəlcə bir sərhəd keçid məntəqəsinin, sonra isə “sərhədin hər iki tərəfində əməkdaşlıq yaradılarsa” digərlərinin açıla biləcəyini deyib.

QAZİLER.AZ

Diaspora