Makron Putinə təsir etməyin yolunu tapıb - KİV

Makron Putinə təsir etməyin yolunu tapıb - KİV backend

Fransa prezidenti Emmanuel Makron mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstana səfəri planlaşdırılan Çin lideri Si Cinpinq vasitəsilə Rusiya prezidenti Vladimir Putinə təsir göstərməyə çalışacaq.

Qaziler.az bildirir ki, bu barədə “Bloomberg” etibarlı mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, Makron Si Cinpinqin Rusiya dövlət başçısı ilə Ukraynada döyüşlərə son qoyulması barədə danışmasını istəyir.

Agentlik yazır ki, Makron Fransaya iki günlük səfəri zamanı Si ilə şəxsi münasibətini gücləndirməyə çalışacaq. Çünki o, Çin liderinin Putini Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa çağırmasını istəyir.

Mənbələr əlavə edib ki, Makron Çin pulunu da Fransanın elektrikli avtomobil akkumulyatorları sektoruna cəlb etmək istəyir.

QAZİLER.AZ

Diaspora