İranda əsir düşən rus dənizçinin vəziyyəti AÇIQLANIB

İranda əsir düşən rus dənizçinin vəziyyəti  AÇIQLANIB backend

İran tərəfindən saxlanılan “MSC Aries” gəmisində olan rusiyalı dənizçi Timofey Kolçanov sağlamdır və ailəsi ilə mütəmadi olaraq telefonla əlaqə saxlayır.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu haqda Rusiyanın Tehrandakı səfirliyinin mətbuat xidməti xəbər verib. Qeyd olunub ki, Kolçanov gəmini kapitanının icazəsi ilə tərk edə biləcək. Bu da çox güman ki, hazırlanmaqda olan heyət dəyişikliyi zamanı baş verəcək.

Səfirlik əlavə edib ki, İran tərəfi ekipaj üzvlərinə, o cümlədən Rusiya vətəndaşına qarşı heç bir iddiasının olmadığını təsdiqləyib.

“Bu gün Rusiyanın İrandakı səfirliyinin diplomatları İran hərbçiləri tərəfindən saxlanılan “MSC Aries” gəmisinə baş çəkib və orada ekipaj üzvü T.S.Kolçanovla görüşüblər. Rusiyalı dənizçi sağlamdır, qalma şəraiti qənaətbəxşdir, o, lazım olan hər şeylə, o cümlədən ailəsi ilə mütəmadi olaraq telefonla əlaqə saxlamaq imkanı ilə təmin olunub”, - məlumatda qeyd edilib.

Aprelin 13-də IRNA dövlət agentliyi elan edib ki, İranın elit hərbi birləşmələrindən olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri Hörmüz boğazında “MSC Aries” ticarət gəmisini ələ keçirib.

QAZİLER.AZ

Diaspora