Avtobus böyüklüyündə ilan tapıldı

Avtobus böyüklüyündə ilan tapıldı backend

Hindistanlı tədqiqatçılar ölçüsünə görə avtobusla müqayisə edilə bilən qədim ilanın qalıqlarını tapıblar.

Qaziler.az bildirir ki, bu barədə Associated Press məlumat yayıb.

Hindistanın Qucarat ştatında kömür mədəninin yaxınlığında sürünənin sümükləri tapılıb. İlanın bu növü hindu tanrısı Şivanın boynunda gəzdirdiyi ilanlar şahı Vasukinin şərəfinə "Vasuki indicus" adlandırılıb.

Alimlərin fikrincə, 47 milyon il əvvəl yaşamış bu ilanların uzunluğu 11-15 metr, çəkisi isə bir tona çata bilərdi. Hazırda dünyanın ən böyük ilanları uzunluğu yeddi metrdən çox ola bilən retikulyar pitonlardır.

QAZİLER.AZ

 

 

Diaspora