Pentaqon Ukraynaya sürətlə silah tədarük etməyə hazır olduğunu açıqladı

Pentaqon Ukraynaya sürətlə silah tədarük etməyə hazır olduğunu açıqladı backend

ABŞ-ın Ukraynaya gözlənilən hərbi təchizatının həcmi və məzmunu, onların maliyyələşdirilməsi Konqres tərəfindən tam təsdiqlənməyincə açıqlana bilməz.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi açıqlama verib.

Pentaqon qeyd edib ki, hazırda yardım paketinin potensial həcmini müzakirə etmək tezdir, çünki bu, ABŞ hakimiyyəti tərəfindən təsdiqlənməyib.

Eyni zamanda, müdafiə departamenti “Ukraynaya çox lazım olan silah və sursatların təhvil verilməsi əmri verilərsə, tez reaksiya verməyə” hazır olduğunu vurğulayıb.

QAZİLER.AZ

Diaspora