Qəzzaya daxil olan yardım maşınlarının sayı 500-ə yüksəldi - Türkiyənin Qahirədəki səfiri - VİDEO

Qəzzaya daxil olan yardım maşınlarının sayı 500-ə yüksəldi - Türkiyənin Qahirədəki səfiri - VİDEO backend

Qəzzaya humanitar yardım aparan "9-cu Xeyirxahlıq Gəmisi" Misirin Əl-Ariş limanına gəlib.

Qaziler.az bildirir ki, bu barədə Türkiyənin Qahirə səfiri Salih Mutlu Şen TRT Haber kanalına açıqlama verib.

Şen: "Son 10 gündə yardım daşınmasında böyük bir sürətlənmə müşahidə etdik. Qəzzaya girə bilən yük maşınlarının sayı gündə təxminən 500-ə yüksəldi", - deyib.

Türkiyənin 9-cu xeyriyyə gəmisi ilə 3 min 774 ton humanitar yardım materialı Qəzzaya çatdırılmaq üçün Misirin Əl-Ariş limanına gəlib.

Türkiyənin Qahirə səfiri Salih Mutlu Şenin çıxışından diqqət çəkən məqamlardan biri belədir.

Biz gəmimizi Qəzzaya mümkün qədər yaxın lövbər salmışıq.

Son 10 gündə material daşımalarında böyük sürətlənmə müşahidə etdik. Qəzzaya daxil olan yük maşınlarının sayı gündə təxminən 500-ə yüksəlib və s.

Məsələ ilə bağlı hazırlanmış videonu təqdim edirik.

QAZİLER.AZ

 

 

Diaspora