İbrahimoviçin şərəfinə mərasim keçirildi

İbrahimoviçin şərəfinə mərasim keçirildi backend

Stokholmdakı "Friends Arena"da İsveç millisinin təqaüdçü futbolçusu Zlatan İbrahimoviçin şərəfinə təntənəli mərasim keçirilib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, tədbir İsveç millisinin Serbiya ilə yoldaşlıq oyunundan (0:3) sonra keçirilib. Hücumçuya fəxri dəhliz və millidə keçirdiyi oyunların sayına bərabər olan 122 nömrəli köynək verilib.

“Bir futbolçu kimi İsveç formasını geyinə bilmək baş verə biləcək ən böyük şeydir. Mən onu qürur və sevgi ilə geyindim”, - İbrahimoviç deyib.

Xatırladaq ki, İbrahimoviç ötən ilin 5 iyun tarixində təqaüdə çıxdığını elan edib. "Futbolla vidalaşmağın vaxtıdır" deyib.

O, 62 qolla milli komandanın tarixinin bombardiridir. Forvard həmçinin "Ayaks", "İnter", "Yuventus", "Barselona", ​​"Mançester Yunayted", "Paris Saint-Germain" və "Milandakı" çıxışları ilə tanınır.

 

 

Diaspora