Magistraturaya musiqi sənəti istiqaməti üzrə bu gün keçirilən qabiliyyət imtahanları canlı yayımlanacaq

Magistraturaya musiqi sənəti istiqaməti üzrə bu gün keçirilən qabiliyyət imtahanları canlı yayımlanacaq backend

İyunun 9-da Dövlət İmtahan Mərkəzi musiqi sənəti istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirir. İmtahanlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təşkil olunur.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən bildirir ki, qabiliyyət imtahanları ilk dəfə olaraq DİM-in “Youtube” kanalında canlı yayımlanacaq. Növbəti qabiliyyət imtahanlarında da canlı yayımların təşkil olunması nəzərdə tutulur.

İmtahan vermək üçün 108 bakalavr qeydiyyatdan keçib. İmtahanlar saat 9:30-da başlanacaq və növbəli şəkildə 18:00-dək davam edəcək.

Musiqi sənətinə aid 68-ci proqram üzrə qeydiyyatdan keçmiş bakalavrlar üçün aşağıda qeyd edilən imtahanlar təşkil olunacaq:

- İnstrumental ifaçılıq (fortepiano, skripka, violonçel, gitara, fleyta, klarnet, truba, tuba, qoboy, zərb alətləri üzrə);

- Solo oxuma (akademik vokal, milli vokal, xanəndəlik, aşıq sənəti) ;

- Dirijorluq (xor dirijorluğu, xalq çalğı alətləri orkestrinin dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu);

- Estrada sənəti (vokal və fortepiano, fleyta, tar alətləri üzrə);

-Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, qanun, saz).

İmtahanlar üçün binada 5 otaq ayrılıb. Bütün imtahanlarda şəffaflığın təmin edilməsi üçün videoçəkiliş aparılır. Hər bir ifaçının proqram üzrə ifası videoyazıya alınaraq arxivləşdirilir.

 

 

Diaspora