Türkiyədə 20 əyalətdə əməliyyat keçirilib, 157 narkokuryer saxlanılıb

Türkiyədə 20 əyalətdə əməliyyat keçirilib, 157 narkokuryer saxlanılıb backend

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə xüsusi əməliyyat keçirilib, ötən sutka ərzində 157 narkokuryer saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Nazirin sözlərinə görə, narkokuryerlərin saxlanılması üzrə əməliyyat ölkənin 20 əyalətində keçirilib.

Diaspora