Moskvanın şimalında avtosalonda baş verən yanğın söndürülüb - VİDEO

Moskvanın şimalında avtosalonda baş verən yanğın söndürülüb - VİDEO backend

Moskvanın şimalında Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Başilovskaya küçəsində yerləşən avtosalonda baş vermiş yanğını söndürüblər.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə bazar ertəsi, iyunun 10-da idarədən məlumat verilib.

“Yanğınsöndürənlərin səyi nəticəsində yanğın tamamilə söndürülüb”, - Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yanğının söndürülməsində 113 xilasedici və 35 texnika iştirak edib. Ölənlər barədə məlumat verilməyib.

Yanğın iyunun 10-da səhər saatlarında baş verib. Daha sonra yanğın sahəsinin 200 kvadratmetrə qədər artdığı bildirilib. Bir müddət sonra lokallaşdırılıb.

QAZİLER.AZ

Diaspora