Hakkaridə kəndlər terrordan təmizləndi: 29 ildir boş qalan kəndlərə qayıdış başlayır

Hakkaridə kəndlər terrordan təmizləndi: 29 ildir boş qalan kəndlərə qayıdış başlayır backend

Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda təhlükəsizlik səbəbilə boşaldılan 29 kəndə vətəndaşların qaytarılması üçün işlərə başlanılıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Hakkari valisi Əli Çelikin təlimatına əsasən Çukurca rayonundakı Tekevler, İşıqlı, Çayırlı, Uzundərə, Dədəköy, Çağlayan, Karasu, Çınarlı, Kavuşak, Maden, Kayalık, Kurudere kəndləri və onlara tabe olan məhəllələrin mərhələli şəkildə yenidən məskunlaşması, əhalinin həmin kəndlərə qaytarılması üçün işlərə başlanılıb. 

Çukurca kaymakamı Mert Kumcu, Çukurca bələdiyyə başçısı Nəzmi Dəmir, rayon təhlükəsizlik müdiri Adem Köpük, rayon jandarma komandiri mayor Engin Çağlayan, Çukurca xüsusi hərəkat komandiri Muhammet Öcal və rayon xüsusi idarə rəisi Abdulkuddus Tunç ilk dəfə olaraq 1995-ci ildən təhlükəsizlik səbəbilə boşaldılan İşıqlı, Kavaklı və Kurudere kəndlərinə baş çəkib və araşdırmalar aparıb.

QAZİLER.AZ

Diaspora