İstanbulda mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 32 nəfər saxlanılıb

İstanbulda mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 32 nəfər saxlanılıb backend

Türkiyənin İstanbul şəhərində Beşiktaş, Avcılar, Esenyurt və Kağıthane rayonlarında keçirilən “MAHZEN-29” əməliyyatlarında mütəşəkkil cinayətkar dəstənin 32 üzvü saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, qəsdən adam öldürmə, adam öldürməyə cəhd, ümumi təhlükəsizliyə qəsdən təhlükə törətmə, əmlaka ziyan vurma, 6136 saylı qanuna zidd, narkotik vasitələrin istehsalı və ticarəti, təhdid və təhqir kimi cinayətlərdə iştirak etdikləri təsbit edilən 32 şübhəlinin yaxalandığını bildirib.

Yerlikaya: "Əziz millətimizin bilməsini istəyirəm ki, xalqımızın dəstəyi və duaları ilə mütəşəkkil cinayət təşkilatlarının kökünü kəsəcəyik. Küçələrimizə sığına bilməyəcəklər. Onları ədalətə təslim edəcəyik", - dedi. 

QAZİLER.AZ

 

Diaspora