Bakıdan son iki SƏRT TƏLƏB: təmin olunmasa...

Bakıdan son iki SƏRT TƏLƏB: təmin olunmasa... backend

Azərbaycanla sülh müqaviləsi imzalaması üçün Ermənistan konstitusiyası dəyişdirilməli və ATƏT-in Minsk qrupundan imtina edilməlidir. Çünki Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana, qardaş Türkiyəyə qarşı ərazi iddiası yer alıb. Keçmiş münaqişə vəziyyətinə müvafiq olaraq yaradılmış əslində heç bir iş görməyən Minsk qrupunun buraxılması ilə bağlı da rəsmi İrəvan öz mövqeyini ortaya qoymalıdır.

QAZİLER.AZ  Publika.az -a istindən xəbər verir ki, bunu  Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O hesab edir ki, bu iki şərt Ermənistan üçün həyata keçiriləcək ən normal yanaşmalardır:

“Konstitusiya dəyişikliyi olmasa, Ermənistan təcavüzkar dövlət kimi böyük problemlərin ortaya çıxmasına rəvac vermiş olur. Gələcəkdə bu ölkənin başında olacaq hər hansı bir şəxs konstitusiyaya əməl etmək baxımından yeni bir macəra axtarışına düşə bilər. Sözsüz ki, bu Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək. Amma bütün hallarda bu riski gözaltına almaq mümkün deyil”.

Partiya sədrinə görə, hazırkı konstitusiyadakı işğalçı iddialardan imtina Ermənistanın təcavüzkar dövlət kimi missiyasından uzaqlaşması ilə nəticələnəcək:

“Bu erməni xalqı üçün yeni perspektiv açır. Fəaliyyəti heç nə ilə ölçülməyən, proseslərə təsiri olmayan Minsk qrupu anlayışı tarixin arxivinə göndərilməlidir. Belə bir formatın süni şəkildə Azərbaycan və Ermənistan hüdudlarından kənarda olması hamı üçün narahatedici amildir”.

Fazil Mustafanın fikrincə, Azərbaycanın irəli sürdüyü şərtlər hadisələrə daha real və obyektiv yanaşma tələb edir:

“Ermənistan bu şərtlərlə razılaşmalıdır. Çünki İrəvanın başqa çıxış yolu yoxdur. Rəsmi Bakı Ermənistandan təhlükəli mirasdan imtinanı təklif edir. Əgər qarşı tərəf bundan imtina etmirsə, bu gələcəkdə hakimiyyətə gələcək qüvvə üçün “şans” yaratmaq deməkdir. Yenidən başqa dövlətlərin qızışdırması ilə bölgədə sülhü pozacaq addımlar üçün bu “əsas” ola bilər. Ona görə də, Azərbaycanın israrı səbəbsiz deyil”.

 

 

Diaspora