"Dondurma yemək müvəqqəti sərinlədə bilər, lakin..."

"Dondurma yemək müvəqqəti sərinlədə bilər, lakin..." backend

Dondurma istidə sərinləməyə kömək etmir.

Qaziler.az bildirir ki, bunu rusiyalı kardioloq Dmitri Orlovski deyir.

O, NEWS.ru ilə söhbətində sevimli yay delikatesi haqqında əsas mifi açıqlayıb.

Orlovskinin fikrincə, dondurma məşhur inancın əksinə olaraq sərinlətmir, əksinə bədəni qızdırır. Həkim izah edib: bir porsiya desert həzmi stimullaşdırır və maddələr mübadiləsini sürətləndirir, nəticədə kalorilərin həzm edilməsi üçün lazım olan istilik əmələ gəlir.

"Dondurma yemək mədənizi müvəqqəti soyuda bilər, lakin yarım saat ərzində bütün bədən istiləşəcək", deyə.

Dmitri Orlovski qeyd edib.

Kardioloq əlavə edib ki, şirin qazlı içkilər də orqanizmə analoji təsir göstərir.

QAZİLER.AZ

Diaspora