Gəncədə sürücünü odlu silahla öldürməkdə şübhəli bilinən şəxs tutulub – YENİLƏNİB -2

Gəncədə sürücünü odlu silahla öldürməkdə şübhəli bilinən şəxs tutulub –  YENİLƏNİB -2 backend

İyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

"Report" Gəncə şəhər prokurorluğunun məlumatına istinadən bildirir ki, araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.

17:18

Gəncədə “VAZ-2106” markalı minik avtomobilinin sürücüsünün güllələnməsi nəticəsində maşın aşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhərin çıxışında qeydə alınıb.

15:25

Gəncə şəhərində bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" markalı avtomobilin aşması nəticəsində 1991-ci il təvəllüdlü Mehrac Əsədov dünyasını dəyişib.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Diaspora