Naxçıvanda bədbəxt hadisə

Naxçıvanda bədbəxt hadisə backend

Naxçıvanda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qaraxanbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Şəhla Muxtar qızı Bayramova həyətində ocaq qalamaq üçün benzindən istifadə edib.

Bu zaman ehtiyatsızlıqdan yandırıcı maye onun üzərinə tökülüb və xəsarətlər alıb.

O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Diaspora