Türkiyədə səfərdə olan türkdilli dövlətlərdən bir qrup uşaq böyük sevinclə qarşılanıblar

Türkiyədə səfərdə olan türkdilli dövlətlərdən bir qrup uşaq böyük sevinclə qarşılanıblar backend

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyədə səfərdə olan türkdilli dövlətlərdən bir qrup uşaq qardaş ölkədə müxtəlif tədbirlər və böyük sevinclə qarşılanıblar.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, uşaqlar səfərlərinin ilk günü onlar üçün verilən axşam yeməyində İstanbul valisi Davut Gül və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüblər.

İstanbul Texnik Universitetində baş tutan görüş barədə təəssüratlarını bölüşən Binəli Yıldırım deyib: “Qədim tariximizi, zəngin mədəniyyətimizi gələcək nəsillərə ən yaxşı şəkildə çatdırmaq üçün çalışırıq. “Türk dünyası 23 Aprel görüşməsi” layihəsi çərçivəsində Türkiyəni ziyarət edən övladlarımızla görüşməkdən xoşbəxtəm. Bu gözəl layihədə əməyi olan hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, Binəli Yıldırımın himayəsi ilə həyata keçirilən təşəbbüs nəticəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan uşaqlar dörd gün ərzində İstanbul və Ankarada olacaq, bu şəhərlərin tarixi və mədəni yerlərini gəzəcək, bələdçilərin köməyi ilə bu yerlərlə yaxından tanış olacaqlar.

 

 

Diaspora